Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qaradağ rayonunda Müstəqilliyin Bərpası günü ilə əlaqədar dəyirmi masa keçirilib

Qaradağ rayonunda Müstəqilliyin Bərpası günü ilə əlaqədar dəyirmi masa keçirilib

18.10.2025 [10:32]

Oktyabrın 17-də Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar YAP Qaradağ rayon təşkilatının, Qaradağ rayon İcra Hakimiyyətinin, 21 saylı Mediasiya Təşkilatının və Heydər Əliyev Mərkəzinin birlikdə təşkil etdiyi “Müstəqilliyin bərpasından tam suverenliyə gedən yol” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Səmayə Şıxəliyeva, Mediasiya Şurasının İdarə Heyətinin üzvü Sima Yaqubova, 21 saylı Mediasiya Təşkilatının direktoru Zaur Mirzəbəyov, Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, Qaradağ rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov, QMƏVŞAİB Qaradağ rayon təşkilatının sədri Maqsud Heydərov, bir sıra rayonların Mediasiya təşkilatlarının direktorları, YAP rayon təşkilatı aparatının əməkdaşları, partiya fəalları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin Mərkəzin sərgi zalında yerləşən abidəsi önünə gül dəstələri düzərək onun əziz xatirəsinə ehtiramalrını bildiriblər.

Sərgi zalında Ulu öndərin zəngin həyatından və dövlətçilik fəaliyyətindən bəhs edən stendlər barədə qonaqlara ətraflı məlumat verilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Müstəqilliyin bərpasından tam suverenliyə gedən yol” mövzusunda videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Qaradağ Rayon təşkilatının sədri Qafar Əliyev qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının müstəqillik uğrunda uzun illər davam edən mübarizəsi haqqında ətraflı məlumat verib. O bildirib ki, tarix boyu öz ərazilərində bir çox dövlətlər quran Azərbaycan xalqı tarixə bir neçə imperiyanın yaradıcısı kimi də daxil olub. Həmin imperiyalar böyük əraziləri əhatə etsələr də XVIII əsrin ortalarında parçalanmaya məruz qalıb və bu ərazilərdə xanlıqlar yaranıb. Bu səbəbdən də qonşu dövlətlər tərəfindən zəbt edilərək dövlətçiliyini itirib, onun bir hissəsi Car Rusiyasının, digər hissəsi isə İranın tərkibinə daxil edilib. 1917-ci ilin Fevral inqilabından sonra yenidən müstəqillik qazanan xalqımız Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətini yaratsa da, bu dövlət cəmi 23 ay yaşayıb. Bolşeviklər tərəfindən işğal edilən ölkəmizdə Azərbaycan Sovet Respublikası elan edilib və o, 1922-ci ilin dekabrında SSRİ-nin tərkibinə daxil olub. XX əsrin 80-ci illərinin sonlarında yaranmış tarixi şərait nəticəsində xalqımız yenidən öz dövlət müstəqilliyini bərpa etmək şansı qazanaraq onu 1991-ci il oktaybrın 18-də elan edib.

YAP Qaradağ rayon təşkilatının sədri müstəqilliyimizin bərpasının ilk illərində xalqımızın və dövlətimizin başına gətirilən faciələrdən söhbət açaraq orta və yaşlı nəslin həmin vaxt ölkədə yaranmış xaosu, özbaşınalığı, ərazilərimizin işğalını və tənəzzülü yaxşı xatırladığını söyləyib. O, xalqımızı bu fəlakət və bəlalardan Ulu öndər Heydər Əliyevin qurtardığını, prezident İlham Əliyevin rəhbərlik etdiyi son 22 ildə isə Azərbaycanın  sürətli inkişaf yoluna çıxarıldığını, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edildiyini bildirib.

Qafar Əliyev xüsusi vurğulayıb ki, Azərbaycanın əldə etdiyi nailiyyətlərin, ərazilərin işğaldan azad olunmasının, suverenliyimizin tam bərpasının kökündə məhz Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strategiya və dövlətimizin hazırkı başçısı, YAP sədri İlham Əliyev tərəfindən onun uğurla həyata keçirilməsi dayanır.

Dəyirmi masa iştirakçılarını bayram münasibətilə səmimi qəlbdən təbrik edən YAP rayon təşkilatının sədri qarşıda Azərbaycanı daha böyük uğurların və xoşbəxt gələcəyin gözlədiyini bildirib.

Tədbirdə digər çıxış edənlər: Qaradağ rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Səmayə Şıxəliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, Mediasiya Şurasının İdarə Heyətinin üzvü Sima Yaqubova, 21 saylı Mediasiya təşkilatının direktoru Zaur Mirzəbəyov, Qaradağ rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov, 1 saylı Mediasiya təşkilatınnı direktoru Hümmət Əliyev, 18 saylı Mediasiya təşkilatının direktoru Sadiq Bağırov, Mediasiya Şurası İdarə Heyətinin müşaviri Əli Fərzəliyev və başqaları ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində xalqımzın qarşılaşdığı xaos, vətəndaş müharibəsi və iqtisadi tənəzzül barədə ətarflı danışıblar. 1993-2003-cü illəri Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri adlandıran natiqlər məhz həmin vaxt atəşkəsə nail olunmasının, “Əsrin müqaviləsi”nin imzalanmasının, aparılan islahatların bugünkü uğurlara yol açdığını bildiriblər. Xalqımızın 2003-cü ildə dövlətimizin başçısı seçilən İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdiyini vurğulayan çıxışçılar məhz bu həmrəylik nəticəsində Azərbaycanın daha böyük uğurlara imza atdığını, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edildiyini xüsusi qeyd ediblər.

Dəyirmi masanın sonunda YAP-a yeni üzv qəbul edilən gənclərə partiya vəsiqələri təqdim olunub, Ulu öndər Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdirilib.

Paylaş:
Baxılıb: 89 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Oktyabr 08:40

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31