Roma Papası: Aclıqdan silah kimi istifadə etmək cinayətdir
17.10.2025 [15:56]
Aclıq kollektiv uğursuzluqdur və ondan müharibə silahı kimi istifadə etmək cinayətdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) mənzil-qərargahında keçirilən Ümumdünya Qida Günü və təşkilatın 80 illik yubileyi ilə bağlı tədbirdəki çıxışında deyib.
“Münaqişə ssenarilərində qidadan müharibə silahı kimi istifadə olunması qəbuledilməzdir. Biz kədərlə kişiləri, qadınları və uşaqları aclığa məhkum edən bu qəddar strategiyanın davamlı istifadəsinin şahidi oluruq. Belə davam edə bilmərik, bu, aradan qaldırılmalıdır. Beynəlxalq humanitar hüquq istisnasız olaraq mülki şəxslərə və əhalinin yaşaması üçün vacib olan obyektlərə hücumları qadağan edir. Bütün mövcud enerjini həmrəylik ruhunda səfərbər etməliyik ki, dünyada heç kim həm kəmiyyət, həm də keyfiyyət baxımından lazımi qidadan məhrum olmasın. Bu yolla insan ləyaqətini inkar edən, arzuolunan inkişafa xələl gətirən, çox sayda insanı haqsız yerə öz evlərini tərk etməyə məcbur edən və xalqlar arasında anlaşmaya mane olan vəziyyətə son qoya bilərik”, - deyə pontifik bildirib.
Katoliklərin ruhani lideri qeyd edib ki, qida çatışmazlığından əziyyət çəkən, nəticədə xəstəliklər, əqli inkişafında gecikmə olan uşaqlar hökm sürən həssaslığın, ruhsuz iqtisadiyyatın, şübhəli inkişaf modelinin, ədalətsiz və dayanıqsız resurslar bölgüsü sisteminin açıq əlamətidir: “Buna görə də elmin gözlənilən ömrü uzatdığı, texnologiyanın qitələri bir-birinə yaxınlaşdırdığı və biliyin bir vaxtlar ağlasığmaz kimi görünən yeni üfüqlər açdığı bir əsrdə milyonlarla insanın aclıq şəraitində yaşaması və ölməsi kollektiv uğursuzluq, etik anormallıq, tarixi günahdır”.
FAO-nun Romada keçirilən yubiley mərasimində İtaliya Prezidenti Sercio Mattarella və Baş nazir Ciorcia Meloni də iştirak ediblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:35
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57

