Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Aİ tədricən Rusiya qazının idxalını dayandıracaq

Aİ tədricən Rusiya qazının idxalını dayandıracaq

21.10.2025 [16:34]

Avropa İttifaqının enerji nazirləri Rusiya neftinin və qazının idxalının 2028-ci ilin yanvarına qədər mərhələli şəkildə dayandırılmasını nəzərdə tutan təklifi dəstəkləyiblər.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb.

Lüksemburqda keçirilən görüşdə nazirlərin təsdiqlədiyi plana əsasən Rusiya qazının idxalı üzrə yeni müqavilələr 2026-cı ilin yanvarından etibarən tədricən dayandırılacaq, mövcud qısamüddətli müqavilələr 2026-cı ilin iyunundan, uzunmüddətli müqavilələr isə 2028-ci ilin yanvarından ləğv ediləcək.

Qanun hələ qüvvəyə minməyib. Aİ ölkələri Avropa Parlamenti ilə yekun qaydaları razılaşdırmalıdır, parlament isə hələlik öz mövqeyini müzakirə edir.

Hazırda Aİ-nin qaz idxalının 12 faizi Rusiyanın payına düşür. Bu göstərici Ukrayna ilə müharibən başlamazdan əvvəl 2022-ci ilə qədər 45 faiz təşkil edirdi. Hazırda Rusiya qazını idxal edən ölkələr arasında Macarıstan, Fransa və Belçika da var.

Aİ hazırda Rusiya ilə bağlı yeni sanksiyalar paketi üzərində danışıqlar aparır. Yeni sənəd mayeləşdirilmiş təbii qazın (LNG) idxalının bir il daha tez – 2027-ci ilin yanvarından etibarən qadağan edilməsini nəzərdə tutur.

Bazar ertəsi Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Kaya Kallas bəyan edib ki, yeni sanksiyalar paketi artıq bu həftə təsdiqlənə bilər.

Paylaş:
Baxılıb: 83 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Mədəniyyət

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Analitik

3-cü uğursuz görüş...

21 Oktyabr 10:15  

Siyasət

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31