Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Masfut bu il dünyanın ən yaxşı turizm kəndi seçilib

Masfut bu il dünyanın ən yaxşı turizm kəndi seçilib

21.10.2025 [19:15]

Birləşmiş Ərəb Əmirliklərinin Masfut kəndi Ümumdünya Turizm Təşkilatının (ÜTT) builki “Dünyanın ən yaxşı turizm kəndi” mükafatına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, Masfut ənənəvi kənd təsərrüfatı fəaliyyəti, dərin icma dəyərləri, 15 mindən az əhalisi və mənzərəli təbiəti ilə bu mükafat üçün tələb olunan meyarlara cavab verib.

ÜTT-nin məlumatına görə, kənd 65 ölkədən 270 namizəd arasından seçilib. Masfut, həmçinin münbit torpaqları, mülayim iqlimi və sərin qış havası ilə də fərqlənir.

Qeyd edək ki, “Dünyanın ən yaxşı turizm kəndi” təşəbbüsü 2021-ci ildən etibarən ənənəvi həyat tərzini və yerli mədəniyyəti qoruyub saxlayan kəndləri təşviq etmək məqsədilə həyata keçirilir.

Paylaş:
Baxılıb: 71 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Mədəniyyət

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Analitik

3-cü uğursuz görüş...

21 Oktyabr 10:15  

Siyasət

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31