Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İki ölkə arasında mədəni əlaqələrin dinamik inkişafı

İki ölkə arasında mədəni əlaqələrin dinamik inkişafı

21.10.2025 [19:46]

İntiqam Quliyev  

YAP Ağdam rayon təşkilatının sədr müavini 

Bu gün Azərbaycan Avropa, Asiya və bir çox region ölkələri ilə həm diplomatik, həm iqtisadi, həm də ticari və digər sahələr üzrə sıx əməkdaşlıq prinsiplərinə sahib olan dövlətdir və bu da ölkəmizin Beynəlxalq müstəvidə qazandığı diplomatik uğurdur. Azərbaycan ilə Qazaxıstan yalnız ikitərəfli çərçivədə deyil, beynəlxalq təşkilatlar daxilində də bir-birini fəal şəkildə dəstəkləyir. BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, CICA və digər platformalarda ortaq mövqelər nümayiş etdirilir. Bu həm siyasi həmrəylik, həm də regional və qlobal məsələlərdə ortaq maraqların müdafiəsi baxımından olduqca əhəmiyyətlidir. İkitərəfli münasibətlərin ən dinamik elementlərini isə iqtisadi-ticari əlaqələr təşkil edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, iqtisadi əməkdaşlığın spektri son illərdə əhəmiyyətli dərəcədə genişlənib.Prezident cənab İlham Əliyev 18 oktyabr tarixində “Kazinform” agentliyinə verdiyi müsahibə Azərbaycan-Qazaxıstan münasibətlərinin iqtisadi, nəqliyyat, enerji, mədəni və ekoloji istiqamətlərdə kompleks inkişaf trayektoriyasını aydın şəkildə nümayiş etdirir. Prezident cənab İlham Əliyev müsahibəsində Azərbaycan və Qazaxıstan arasında mədəni və humanitar əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq bildirdi ki, xalqları birləşdirən ortaq tarix, mədəniyyət və dəyərlər bu münasibətlərin möhkəmlənməsində əsas amillərdəndir. 2023-cü ildə Azərbaycanda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi iki ölkə arasında mədəni əlaqələrin dinamik inkişafını əks etdirir. Qazax yazıçısı Kemel Tokayevin əsərinin Azərbaycan dilində nəşri, eləcə də Mir Cəlal Paşayevin yubileyi münasibətilə təşkil olunan beynəlxalq konfranslar bu sahədə əməkdaşlığın əhəmiyyətini bir daha nümayiş etdirir.

Paylaş:
Baxılıb: 117 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Mədəniyyət

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Analitik

3-cü uğursuz görüş...

21 Oktyabr 10:15  

Siyasət

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31