Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan və Qazaxıstan əlaqələri strateji müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan və Qazaxıstan əlaqələri strateji müttəfiqlik səviyyəsinə yüksəlib

21.10.2025 [23:10]

Cari ilin oktyabr ayının 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qazaxıstanın Kazinform agentliyinə geniş müsahibə verib. Müsahibədə dövlət başçısı iki ölkə arasında mövcud əməkdaşlığın səviyyəsi, iqtisadi əlaqələr, mədəni münasibətlər, nəqliyyat-loqistika sahəsində tərəfdaşlıq və regional çağırışlarla bağlı ətraflı fikirlərini bölüşüb.

Azərbaycan Prezidenti bildirib ki, Azərbaycan və Qazaxıstan arasında siyasi münasibətlər bu gün yüksək dərəcədə güclü və qarşılıqlı etimada əsaslanır. Bu əlaqələrin əsasında ortaq türk kimliyi, tarixi dostluq, mədəni və dini yaxınlıq dayanır. Dövlət başçısı vurğulayıb ki, münasibətlər artıq strateji və müttəfiqlik səviyyəsinə yüksəlib.

 Müsahibədə İqtisadi əməkdaşlıq sahəsində də əhəmiyyətli göstəricilər əldə olunduğu da yer alıb. Azərbaycanın Qazaxıstan iqtisadiyyatına yatırımları 225 milyon ABŞ dollarına çatıb, Qazaxıstanın Azərbaycana yatırımları isə 136 milyon ABŞ dolları təşkil edir. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 470 milyon dollar olmuşdursa, 2025-ci ilin yanvar–avqust aylarında bu rəqəm 547 milyon dollara yüksəlib. Bu artım iki ölkənin iqtisadi əlaqələrinin dinamik inkişafının bariz nümunəsidir.

Cənab Prezident nəqliyyat-loqistika sahəsində əməkdaşlığı da xüsusi vurğulayaraq qeyd edib ki, Orta Dəhliz və Xəzər üzərindən tranzit imkanlarının səmərəli istifadəsi iki ölkənin regional və beynəlxalq ticarətdə rolunu daha da artırır. Hazırda Azərbaycan və Qazaxıstan arasında 170-ə yaxın müqavilə və sənəd mövcuddur ki, bu da əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradır.

Müsahibədə mədəni əlaqələr də dövlət başçısının diqqət mərkəzində olub. Dövlət rəhbəri qeyd edib ki, xalqlar arasında ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər mövcuddur. Bu amillər iki xalq arasında qarşılıqlı anlaşmanı gücləndirir və birgə layihələrin reallaşmasına şərait yaradır.

Ölkə Prezidenti regional ekoloji problemlərə də toxunulub. Xəzər dənizinin səviyyəsinin azalmasının ciddi təhlükə yaratdığını bildirən cənab İlham  Əliyev bu problemin həllinin yalnız birgə səylərlə mümkün olacağını vurğulayıb. O, bu məsələnin bütün Xəzəryanı dövlətlərin diqqət mərkəzində olmasının vacibliyini qeyd edib.

Cənab Prezidentin açıqlamalarına əsasən, qarşıdakı dövrdə qarşılıqlı səfərlərin intensivləşməsi, yeni investisiya layihələrinin həyata keçirilməsi və mədəni-təhsil proqramlarının genişlənməsi planlaşdırılır. Bu isə, Azərbaycan-Qazaxıstan münasibətlərinin daha da dərinləşəcəyini göstərir.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Paylaş:
Baxılıb: 48 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Mədəniyyət

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Analitik

3-cü uğursuz görüş...

21 Oktyabr 10:15  

Siyasət

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31