Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İsveçin Yevle şəhərində yenidən atışma baş verib: Ölən və yaralananlar var

İsveçin Yevle şəhərində yenidən atışma baş verib: Ölən və yaralananlar var

26.10.2025 [10:59]

İsveçin Yevle şəhərinin Bryunes rayonunda atışma nəticəsində bir neçə nəfər yaralanıb.

AZƏRTAC-ın məlumatına görə, hadisə parkın yaxınlığında baş verib. Polis ərazini mühasirəyə alaraq genişmiqyaslı əməliyyat aparır. Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, bir neçə atəş açılıb. Yaralıların dəqiq sayı və xəsarət dərəcəsi hələ müəyyənləşdirilməyib. “Bir neçə yaralımız var, ərazi mühasirəyə alınıb, istintaq davam edir”, - deyə polisin mətbuat katibi Maqnus Yansson Klarin bildirib.

SVT telekanalının məlumatına görə, atışma zamanı bir nəfər həlak olub. Polis məlumatı şərh etməkdən imtina edir.

Polis şübhəlilərin axtarışını həyata keçirir. Hələlik heç kim saxlanılmayıb. Hadisə şahidləri yerli mediaya bildiriblər ki, atəş səsləri fişəng səslərinə bənzəyirdi. Gənc bir adam hadisə yerindən təcili tibbi yardım maşını ilə aparılıb.

Üç həftə əvvəl Yevlenin mərkəzində baş vermiş başqa bir atışmada altı nəfər yaralanmışdı. O zaman polis 13 yaşlı yeniyetməni saxlamışdı.

Polis nümayəndəsinin sözlərinə görə, hazırda əhali üçün təhlükə yoxdur, lakin sakinlərə diqqətli və ehtiyatlı olmaları tövsiyə olunur.

Paylaş:
Baxılıb: 57 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31