Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Finlandiya Prezidenti: Zelenski və Putinin G20 sammitində görüşü mümkündür

Finlandiya Prezidenti: Zelenski və Putinin G20 sammitində görüşü mümkündür

04.11.2025 [14:30]

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya lideri Vladimir Putin arasında danışıqlar üçün növbəti potensial fürsət noyabr ayının sonunda Yohannesburqda keçiriləcək G20 sammiti ola bilər.

AZƏRTAC “RBK-Ukraina”ya istinadla xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb bildirib.

Onun sözlərinə görə, tez bir zamanda atəşkəs və ya barışıq əlaməti olmasa da, “pərdəarxası iş davam edəcək”.

Dövlət başçısı ötən həftə Ukraynadakı vəziyyəti Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə müzakirə etdiyini dəqiqləşdirib. Bu ölkələrin liderləri cümə axşamı ABŞ Prezidenti Donald Trampla görüşməlidirlər, daha sonra Tokayev Moskvada Putinlə görüşəcək.

A.Stubb qeyd edib ki, Finlandiyanın Ukraynadakı müharibəyə yanaşması dəyişməz olaraq qalır: Putini danışıqlar masasına oturtmaq üçün Rusiyaya hərbi və iqtisadi təzyiqi artırmaq lazımdır.

“Əgər növbəti iki-üç həftə ərzində vəziyyət gözlənildiyi kimi inkişaf edərsə, Yohannesburqda keçiriləcək G20 sammiti Putin ilə Zelenski arasında görüş yeri ola bilər”, - deyə Stubb bildirib.

Eyni zamanda, Finlandiya lideri G20 sammitindən əvvəl Tramp ilə Putin arasında görüş ehtimalını görmür, çünki onlar Budapeştdəki görüşlərini ləğv etdilər.

Paylaş:
Baxılıb: 110 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Sosial

İqtisadiyyat

İqtisadiyyat

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30