Görünməyən cəbhə: Ekoloji müharibə...
06.11.2025 [08:54]
Güllə səsi altında susan təbiət
Müharibə barıt qoxusu, yanmış torpaqlar, dağıdılmış şəhərlər və sükuta bürünmüş insan taleləri deməkdir. Lakin çox zaman unuduruq ki, bu fəlakət təkcə insanları deyil, təbiətin özünü də qan içində boğur. Güllə səsi ilə diksinən quşlar, bombaların altında məhv olan meşələr, kimyəvi silahların zəhərinə bürünən torpaqlar... Bütün bunlar müharibənin görünməyən, amma dərin izlər buraxan yaralarıdır.
Noyabrın 6-sı Müharibə və Silahlı Münaqişələr Zamanı Ətraf Mühitin İstismarının Qarşısının Alınması Beynəlxalq Günü kimi qeyd olunur. Bu əlamətdar gün Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 5 noyabr 2001-ci ildə müəyyən edilib.
Ölkəmiz üçün bu günün mənası xüsusilə dərindir. Təəssüf ki, ekoloji terror Azərbaycandan yan keçməyib, 30 ilə yaxın davam edən Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının təbiətinə, bioloji müxtəlifliyinə, su hövzələrinə, ümumilikdə, işğal altında olan ərazilərin ekologiyasına ciddi ziyan dəyib, ətraf mühitin məhvi və ciddi zərər görməsi ilə nəticələnən fəsadlara gətirib çıxarıb.
Ermənistan Respublikası silahlı qüvvələrinin hərbi fəaliyyəti və qadağan olunmuş silahlardan istifadəsi nəticəsində ətraf mühit fiziki və kimyəvi çirklənməyə məruz qalmaqla yanaşı, burada mövcud olan müxtəlif nadir bitki və heyvan növləri məhv edilib, flora və faunaya külli miqdarda ziyan vurulub. Təmiz su mənbələrinin kimyəvi çirklənməsi nəticəsində çay və göllərdə özü-özünü tənzimləmə prosesi dayanıb, nəticədə su hövzələri bütün canlılar üçün zərərli, ölü bir zonaya çevrilib.
Təsadüfi deyil ki, BMT Baş Assambleyası tərəfindən hələ 2006-cı ildə qəbul edilmiş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı Qətnaməsində işğal altında olan Azərbaycan torpaqlarında törədilmiş yanğınların regionun ekoloji təhlükəsizliyinə təsirinin qiymətləndirilməsi məsələsi qaldırılmışdı. Bununla yanaşı, 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunan Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı 2085 nömrəli qətnamədə Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələb olunub.
Bu müddət ərzində Ermənistan tərəfindən Azərbaycan Respublikasının işğal altında saxlanılan ərazilərində təbii sərvətlər talan edilmiş, 163 faydalı qazıntı yatağı, o cümlədən qızıl, civə, mis, qurğuşun, sink, daş kömür, meşə örtüyü, nadir ağaclar və digər sərvətlər qanunsuz istismara məruz qalıb.
Uzun illər işğal altında qalan ərazilərimizdə baş verənlər ekoloji terror nümunələridir. Bu gün həmin torpaqlarda bərpa və yenidənqurma işləri aparılır, yaşıl enerji zonaları yaradılır, ağaclar əkilir. Bu, təkcə iqtisadi yox, ekoloji ədalətin bərpasıdır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
28 May 18:32
Dünya
28 May 17:27
Dünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28

