Yarımötürücülərin qlobal satış həcmi 15,8 % artıb
06.11.2025 [17:41]
Süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda yarımötürücülərin qlobal satışları sabit artım nümayiş etdirir. Yarımötürücü İstehsalçıları Assosiasiyasının (SIA) məlumatına görə, 2025-ci ilin üçüncü rübündə mikroçiplərin satış həcmi 208,4 milyard ABŞ dollarına çatıb ki, bu da ikinci rüblə müqayisədə 15,8% çoxdur.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, təkcə sentyabr ayında yarımötürücülərin satış həcmi 69,5 milyard ABŞ dolları təşkil edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 25,1% çox, cari ilin avqust ayına nisbətən isə 7% artım deməkdir. Statistik məlumatlar “World Semiconductor Trade Statistics” (WSTS) təşkilatı tərəfindən toplanıb və üçaylıq hərəkətli orta göstərici əsasında hesablanıb.
SIA-nın prezidenti və baş icraçı direktoru Con Nyufer qeyd edib ki, qlobal çip bazarı yaddaş və məntiqi mikrosxemlər də daxil olmaqla, geniş çeşiddə yarımötürücü məhsullarına artan tələbat sayəsində sabit bərpa və artım nümayiş etdirir. Onun sözlərinə görə, satışların fəal artımı xüsusilə Asiya-Sakit okean regionunda və hər iki Amerika qitəsində müşahidə olunur.
Regional bölgü üzrə sentyabr ayının yekunlarına əsasən, satışlar Asiya-Sakit okeanı regionunda və digər ölkələrdə 47,9%, Amerikada 30,6%, Çində 15%, Avropada isə 6% artıb. Bununla yanaşı, Yaponiyada gəlirlər 10,2% azalıb.
Aylıq ifadədə ən yüksək satış artımı Amerikada (8,2%) qeydə alınıb, ardınca Asiya-Sakit okean regionu (8%), Çin (6%), Avropa (5,5%) və Yaponiya (1,6%) gəlir.
Yarımötürücü sektorunda gəlir 2023-cü ilin əvvəllərindən etibarən demək olar ki, fasiləsiz olaraq artır. Məhz süni intellektin sürətli inkişafı hesablama çiplərinə, yaddaş mikrosxemlərinə və SSD disklərə olan tələbatı yüksəldib.
SIA Assosiasiyası gəlir həcminə görə ABŞ-ın yarımötürücü istehsalçılarının 99%-ni və bu sahənin ən iri xarici şirkətlərinin təxminən üçdə ikisini birləşdirir.
Yarımötürücü sənayesi dünyanın ən elmi tutumlu sahələrindən biri hesab olunur, belə ki, şirkətlər orta hesabla gəlirlərinin təxminən 18%-ni elmi-tədqiqat və təcrübə-konstruktor işlərinə yönəldirlər ki, bu da digər sənayelərin əksəriyyətindən əhəmiyyətli dərəcədə yüksək göstəricidir.
Xəbər lenti
Hamısına baxSosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 18:00
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54

