Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Samux rayonunda “Zəfər Günü”nə həsr olunmuş şahmat yarışı keçirilib

Samux rayonunda “Zəfər Günü”nə həsr olunmuş şahmat yarışı keçirilib

05.11.2025 [16:46]

05 noyabr  2025-ci il tarixdə YAP Samux rayon təşkilatı və Samux rayon Uşaq Gənclər-İdman Şahmat məktəbinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfər Günü”nə həsr olunmuş şahmat turniri  keçirilib.

Turnirdə  YAP Samux rayon təşkilatının sədr müavini Sevinc Xəlilova, Samux rayon Uşaq Gənclər-İdman Şahmat məktəbinin direktoru Faiq Aslanov,   Elm və Təhsil işçiləri Həmkarlar İttifaqı Samux rayon komitəsinin sədri Nazim Musayev  və Gəncə -Daşkəsən Regional Gənclər və İdman İdarəsi Samux rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Rasim İmamquliyev   iştirak ediblər.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə  çıxış edən YAP Samux Rayon Təşkilatının sədr  müavini Sevinc Xəlilova 44 günlük Vətən müharibəsinin şanlı məqamlarından söz açıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun zəfər yürüşündən danışıb. 8 noyabr Zəfər Gününün Ordumuzun gücü, xalqımızın birlik və həmrəyliyinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.  Gənclərin intellektual bacarıqlarının möhkəmləndirilməsində əhəmiyyətli yeri olan Şahmat yarışlarının keçirilməsinin və bu yarışların Zəfər Gününə həsr olunmasının  əhəmiyyətini vurğulayıb. Ölkəmizin dünyada tanınan kifayət qədər şahmat çempionu olduğunu qeyd edərək, iştirakçılara bu sahədə özlərini inkişaf etdirmələrini tövsiyə edib.

Daha sonra  Samux rayon Uşaq Gənclər-İdman Şahmat məktəbinin direktoru Faiq Aslanov,   Elm və Təhsil işçiləri Həmkarlar İttifaqı Samux rayon komitəsinin sədri Nazim Musayev  və Gəncə -Daşkəsən Regional Gənclər və İdman İdarəsi Samux rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Rasim İmamquliyev   çıxış edərək gənclərin vətənpərvər, sağlam düşüncəli, dünyagörüşlü, intelektual yetişməsi üçün onların idmanın müxtəlif növləri ilə məşğul olmalarının vacibliyindən danışıb. Zəfər tariximizə  həsr olunmuş yarışların bundan sonra da davam etdriləcəyini vurğulayıb və yarış iştirakçılarına uğurlar arzu edib. Turnirdə yer tutan şahmatçılar yaş qrupları üzrə diplom, medal və hədiyyələrlə təltif olunacaqlar.

Tədbir gənclərin strateji düşüncə bacarıqlarının və vətənpərvərlik ruhunun inkişafına töhfə verən maraqlı və əlamətdar hadisə kimi yadda qalıb.

Paylaş:
Baxılıb: 96 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Sosial

İqtisadiyyat

İqtisadiyyat

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30