Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Vəkillər Kollegiyası: Son 10 ayda 46 min 174 ədəd elektron müqavilə bağlanılıb

Vəkillər Kollegiyası: Son 10 ayda 46 min 174 ədəd elektron müqavilə bağlanılıb

05.11.2025 [17:49]

Son 10 ay ərzində “Elektron vəkil orderi” vasitəsi ilə 46 min 174 ədəd elektron müqavilə bağlanılıb.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) mətbuat katibi İsmayıl Nəsibov məlumat verib.

Bildirilib ki, hazırda Kollegiyanın 2 min 781 nəfər üzvü var. Onlardan 2 min 178 nəfəri kişi, 603 nəfəri isə qadındır.

Qeyd edək ki, Vəkillər Kollegiyasının əsas vəzifəsi hər bir şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiə edilməsindən, onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquqi yardım göstərilməsini təmin etməkdən, vəkillik peşəsinin nüfuzunu yüksəltməkdən ibarətdir. VK-nın təşkili və fəaliyyəti “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu və ona müvafiq olaraq qəbul edilmiş Vəkillər Kollegiyasının Nizamnaməsi ilə müəyyən edilir.

Paylaş:
Baxılıb: 89 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Sosial

İqtisadiyyat

İqtisadiyyat

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30