Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Almaniyada koalisiya hökumətində təmsil olunan partiyalar hərbi xidmətin yeni modeli barədə razılığa gəlib

Almaniyada koalisiya hökumətində təmsil olunan partiyalar hərbi xidmətin yeni modeli barədə razılığa gəlib

13.11.2025 [21:32]

Almaniyada koalisiya hökumətində təmsil olunan partiyalar – Xristian Demokratlar İttifaqı, Xristian Sosialistlər İttifaqı və Sosial Demokrat Partiyası hərbi xidmətin yeni modeli barədə razılığa gəlib.

AZƏRTAC yerli mediaya istinadla bildirir ki, yeni qanun layihəsinə əsasən, 18 yaşlı kişilər üçün məcburi tibbi baxış tətbiq ediləcək, 2008-ci ildən doğulan gənclərə isə xidmətə münasibətlərini öyrənmək üçün sorğu göndəriləcək. Xidmət ilkin mərhələdə könüllülük əsasında həyata keçiriləcək. Lakin kifayət qədər müraciət olmadığı halda, Bundestaqın qərarı ilə tələbat əsasında hərbi mükəlləfiyyət aktivləşdiriləcək. Bu zaman tibbi baxışdan keçənlər arasından püşkatma yolu ilə seçim aparılacaq.

Yeni modelə görə, 12 aydan artıq xidmət edənlər müddətli hərbi qulluqçu, daha qısa müddət xidmət edənlər isə könüllü xidmətçi statusu alacaqlar. Xidmət edənlərin maaşları artırılacaq, həmçinin sürücülük vəsiqələri əldə etmək üçün onlara maddi dəstək veriləcək.

Koalisiya 2035-ci ilədək Bundesverin şəxsi heyətinin sayını 260 min nəfərə çatdırmağı hədəfləyir.

Paylaş:
Baxılıb: 56 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30