BBC - saxta media maşını
13.11.2025 [09:58]
Azərbaycan BBC-nin saxta və qərəzli media maşını olduğunu dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Qurumun yayımlarında ədalət, beynəlxalq hüquq, demokratiya, obyektivlik kimi prinsiplər çoxdan unudulub. Belə ki, BBC-nin getdikcə daha çox dərəcədə ayrı-ayrı dairələrin və maliyyə qaynaqlarının ruporuna çevrildiyi, alət qismində istifadə olunduğu aydın müşahidə edilir.
Qurum dünyada geniş auditoriyaya malik olmasından sui-istifadə etməklə bağlı olduğu dairələrin sifarişlərinə uyğun olaraq ayrı-ayrı ölkələri, dövlətləri, tanınmış şəxsləri, ictimai-siyasi xadimləri şantaş predmetinə çevirir. Təbii ki, BBC-nin qərəzli yayımları beynəlxalq səviyyədə ciddi etirazlarla qarşılanır. Bu dəfə qurum Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın qəzəbinə tuş gəlib.
ABŞ Prezidentindən BBC-yə qarşı təzminat iddiası
ABŞ Prezidenti Donald Tramp BBC-ni montaj edilmiş kadrla bağlı məhkəməyə verməyi və 1 milyard dollar məbləğində təzminat tələb etməyi planlaşdırdığını bildirib. Məlumatı NBC News Trampın hüquq komandasının nümayəndəsinə istinadən yayıb. Nümayəndə bildirib ki, “BBC prezident seçkilərinə müdaxilə etmək cəhdi ilə sənədli filmini qəsdən və aldadıcı şəkildə redaktə etməklə Prezident Trampı rüsvay etdi”.
Prezidentin vəkilləri BBC-yə göndərdikləri məktubda telekanaldan 2024-cü ildə ABŞ-da prezident seçkilərindən bir həftə əvvəl yayımlanan sənədli filmdə yer alan “yalan, böhtan xarakterli, nüfuzdan salan, aldadıcı və təhrikedici ifadələri” geri götürməyi tələb ediblər. Məktubda qeyd olunur ki, BBC noyabrın 14-dək həmin sənədli filmi öz saytından və sosial media hesablarından “tam şəkildə” silməli və “Prezident Trampın çəkdiyi zərərə görə uyğun kompensasiya” təmin edilməlidir. Əks halda, BBC-nin ABŞ-ın Florida ştatında “hüquqi tədbirlərlə üzləşəcəyi” bildirilir. “Sizi xəbərdar edirik. Zəhmət olmasa, müvafiq şəkildə davranın”, - deyə sosial mediada yayılan məktubda vurğulanır.
BBC-nin sözçüsü bildirib ki, qurum məktubu nəzərdən keçirir və “uyğun vaxtda birbaşa cavab verəcək”.
“Tramp: İkinci Şans?” adlı sənədli filmdə Trampın 2021-ci il yanvarın 6-da söylədiyi çıxış montaj edilməklə onun həmin gün Kapitoli binasında baş vermiş iğtişaşları birbaşa təşviq etdiyi təəssüratı yaradılıb. Ötən ilin noyabrında yayımlanan sənədli film yalnız bu yaxınlarda BBC prodüserlərini tənqid edən daxili yazışmaların sızmasından sonra yenidən gündəmə gəlib.
Hadisədən sonra BBC-nin baş direktoru Tim Deyvi və xəbər şöbəsinin rəhbəri Deborah Törness qalmaqal fonunda istefa veriblər. Tramp bu istefaları “Truth Social” platformasında alqışlayaraq onları “korrupsioner” və “nadürüst insanlar” adlandırıb.
BBC-nin sədri Samir Şah isə noyabrın 10-da sözügedən kadrın “aldadıcı” olduğunu etiraf edib və “səhv qərar” üçün üzr istəyib, lakin qurumun sistemli şəkildə qərəzli olması ilə bağlı iddiaları rədd edib.
Sənədli filmdə Trampın “Tam gücümüzlə mübarizə aparacağıq” cümləsini “Kapitoliyə gedəcəyik” ifadəsindən dərhal sonra söylədiyi göstərilir.
Əslində isə Tramp Kapitoliyə getmək barədə bəyanatından sonra “cəsur senatorlarımızı və konqresmenlərimizi dəstəkləyəcəklərini” deyib, “mübarizə aparmaq” ifadəsini isə təxminən bir saat sonra işlədib.
Vurğulamaq yerinə düşər ki, Tramp bundan əvvəl də onu tənqid edən jurnalistlərlə və media qurumları ilə də, necə deyərlər, haqq-hesab çəkib.
Belə ki, o, ikinci prezidentliyi dövründə indiyə qədər “The New York Times”, “The Wall Street Journal” və “ABC News”a qarşı böhtan iddiaları qaldırıb, həmçinin NPR və PBS-ə dövlət maliyyəsini azaldıb, “Associated Press” müxbirlərinin Ağ Evə akkreditasiyasını ləğv edib.
BBC-nin qərəzindən Azərbaycan da kənarda qalmayıb
Azərbaycan da zaman-zaman saxta media maşını olan BBC-nin qərəzinə tuş gəlib. Keçmiş Dağlıq Qarabağ münaqişəsinin bütün tarixi boyunca regiondan reportajlar hazırlayan BBC əməkdaşları bir qayda olaraq həqiqəti qatlayıb kənara qoyublar, bunun əvəzində erməni yalanlarını, miflərini auditoriyaya həqiqət kimi çatdırıblar. İkinci Qarabağ müharibəsi günlərini xatırlayaq. Azərbaycan ədalətli müharibə aparırdı, yeganə məqsəd də ölkənin ərazi bütövlüyünü və suverenliyini təmin etmək idi. Müharibə günlərində regiona gələn BBC əməkdaşları isə reallığı əyri güzgüdən təqdim etməkdən usanmırdılar. Onların hazırladıqları süjetlərdən elə təəssürat yaranırdı ki, müharibəni başlayan Azərbaycandır, ermənilər isə təzyiq altındadırlar, müharibə və işğal qurbanlarıdırlar. Müharibə günlərində ağır məğlubiyyət acısı yaşayan Ermənistan Azərbaycanın keçmiş təmas xəttindən uzaqda yerləşən Gəncə, Mingəçevir, Bərdə, Tərtər şəhərlərini uzaqmənzilli raketlərlə atşə tutdu. Çoxlu sayda dinc sakin həyatını itirdi. Onlarca yaşayış evi, mülki infrastruktur dağıdıldı. Bu, Ermənistanın əl atdığı əsl müharibə cinayəti idi. Lakin BBC-nin reportajlarında baş verənlərə açıq-aşkar loyallıq sərgiləndi.
BBC Azərbaycana münasibətdə qərəzli yanaşmalarını postmüharibə dövründə də davam etdirir. Bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış jurnalist və siyasi şərhçi Reyçel Avraham Kanadanın populyar “THEJ.CA” nəşrində dərc olunan “BBC-nin qərəzi üzə çıxdı: Ermənistanı dəstəkləmək, qlobal yayımda İsraili ləkələmək” başlıqlı məqaləsində yazıb. “BBC kimi qlobal nüfuza malik media qurumunun Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistana tərəfkeşlik etdiyi görünür”, - deyə bəhs olunan məqalədə bildirilir. Müəllif məqaləni “dünyanın ən nüfuzlu yayım orqanlarından birinin faktların təhrifi yolu ilə Qafqaz və Yaxın Şərqdəki münaqişələrdə fikir ayrılıqlarını alovlandırmasına dair araşdırma” adlandırıb.
Qeyd olunub ki, dünya mediasında saxta xəbərlər qlobal bir fenomenə çevrilib. Təəssüf ki, bu vəziyyət BBC kimi tanınmış və nüfuzlu media orqanına da sirayət edib. BBC-də bu yaxınlarda yayımlanan “Ermənistan Qafqazda Silikon Vadisi qurmağa necə çalışır?” başlıqlı məqalə bu xüsusda hər şeyi deyir. Məqalədə Ermənistanın texnoloji startapları cəlb etmək səylərinə və digər bu tip mövzulardan bəhs olunması gözlənildiyi halda əsas diqqət üç “LED” işığına qoşulmuş qutu yaradan 9 yaşlı erməni uşağına ayrılıb. Reyçel Avraham bu situasiyada məqalənin əsl məzmununu tamamilə təhrif edən başlığın seçilməsini Ermənistanı şöhrətləndirmək cəhdi kimi qiymətləndirib.
İsrailli politoloq sözügedən məkrli başlıq seçimindən əlavə, BBC-nin məqaləsində həm Qafqazda, həm də xaricdə Azərbaycanın tərəfdarlarının hiddətinə səbəb olan məsələlərdən birinə diqqət çəkib. “2,7 milyon əhalisi ilə dənizə çıxışı olmayan Ermənistan Cənubi Qafqaz regionunda ən kiçik ölkədir və qonşuları - Azərbaycan və Türkiyə ilə sərhədləri həll edilməmiş ərazi mübahisələrinə görə onilliklər ərzində bağlıdır”, - deyə siyasi şərhçi vurğulayıb. O daha sonra bununla bağlı tutarlı iradlarını bildirib. Ermənistanın coğrafi mövqeyinə, dənizə çıxışının olmamasına görə Azərbaycan və Türkiyənin məsuliyyət daşımadığını qeyd edərək həmin məsələ ilə bağlı vacib suallar ünvanlayıb: “Ermənistan sahil xəttinəmi köçürülməlidir? Yoxsa onun sərhədləri Xəzər dənizinə, Qara dənizə, hətta Aralıq dənizinə doğrumu genişləndirilməlidir? Bəlkə BBC Ermənistanın hər üç dənizə çatmağına üstünlük verir?!”. Müəllif erməni təbliğat orqanında deyil, neytral olması gözlənilən nüfuzlu Britaniya media qurumunda yer alan belə bir iddianı ciddi qəbul etməyi problemli məsələ adlandırıb.
ABŞ dünyanın bir nömrəli güc mərkəzidir. Buna görə də bu ölkənin dövlət başçısının BBC-ni məhkəmə davası və təzminat tələbi ilə hədələməsi böyük rezonans doğurub və qurumun ayrı-ayrı əməkdaşları istefa vermək məcburiyyətində qalıblar. Burada da BBC-nin demokratiyadan çox uzaq olduğu aydın şəkildə görünür. Zamanında BBC qərəzə tuş gələn kiçik Azərbaycanın hər hansı bir iradını qəbul etməyib, indi isə böyük gücün tələbi ilə üzləşən qurum əməkdaşlarını istefaya göndərməklə özünü xilas etməyə çalışır. Bəs BBC-nin jurnalist etikası, prinsipiallığı, ədalətli mövqeyi harada qaldı?
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

