"Müstəqil Azərbaycan Dövlətinin Ana Qanunu" mövzusunda dəyirmi masa keçirilib
12.11.2025 [22:55]
2025-ci il noyabrın 12-də Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının və Qaradağ Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Konstitusiyanın 30-cu ildönümü ilə əlaqədar "Müstəqil Azərbaycan Dövlətinin Ana Qanunu" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Qaradağ rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Səmayə Şıxəliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, Qaradağ rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov, Lökbatan Bələdiyyəsinin sədr müavini Türkan Məmmədli, “Qarabağ Qaziləri” İctimai Birliyi Qaradağ rayon filialının sədri Əvəz İsmayılov, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin Mərkəzin qarşısında yerləşən abidəsi önünə gül dəsətələri düzərək əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Müstəqil Azərbaycan Konstitusiyanın 30-cu ildönümü” mövzusunda videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev dəyirmi masanın müstəqil Azərbaycan dövlətinin Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünə həsr olunduğunu bilidirib və bu münasibətlə tədbir iştirakçılarını təbrik edib. Qafar Əliyev Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik ili" elan olunduğunu xatırladıb və bunun ölkəmizin müstəqillik tarixinə, hüquqi dövlət quruculuğuna və suverenlik prinsiplərinə dövlət başçısı tərəfindən verilən yüksək qiymətin təcəssümü olduğunu bildirib.
YAP Qaradağ rayon təşkilatının sədri qeyd edib ki, Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi haqda verdiyi sərəncam həm Azərbaycanın dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, həm də demokratik cəmiyyət quruculuğu prosesinin daha dərindən mənimsənilməsi baxımından olduqca vacibdir. Qafar Əliyev vurğulayıb ki, 1995-ci ildə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və referendum yolu ilə qəbul olunan Azərbaycan Konstitusiyası ölkəmizin müstəqil və hüquqi dövlət kimi inkişafının əsasını qoydu. Bu sənəd xalqın iradəsinin ifadəsi olmaqla yanaşı, insan hüquq və azadlıqlarının əsas təminatçısı kimi çıxış edir. YAP rayon təşkilatının sədri bildirib ki, suverenliyin tam bərpası, ölkəmizin ərazi bütövlüyünün və konstitusiya quruluşunun tam təmin olunması, bu gün Konstitusiyanın real həyatda tam tətbiqi və təsdiqi 44 Günlük İkinci Qarabağ Müharibəsindən sonra mümkün olub. Qafar Əliyev xüsusilə gənclərin bu sahədə maarifləndirilməsinin vacibliyini qeyd edərək, bu kimi tədbirlərin ictimai şüurun formalaşmasına, vətəndaşlıq mövqeyinin və məsuliyyətinin güclənməsinə mühüm töhfə verdiyini bildirib. Konstitusiyaya sonrakı dövrlərdə üç dəfə - 2002, 2009 və 2016-cı illərdə ümumxalq referendumu ilə əlavə və dəyişikliklər edildiyini xatırladan rayon təşkilatının sədri bildirib ki, nəticədə Əsas qanun cəmiyyətin inkişafı və müasir tələblərə uyğunlaşdırılması baxımından yenilənib. Bu baxımdan Konstitusiya hər bir vətəndaşın hüquqlarının müdafiəsinə əvəzsiz hüquqi zəmin yaradıb. Suverenliyin əhəmiyyətindən danışan Qafar Əliyev bildirib ki, 2023-cü ilin sentyabrında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük uğurla reallaşdırılan antiterror əməliyyatından sonra Azərbaycan öz ərazi bütövlüyünü və Konstitusiya quruluşunu tam bərpa edərək bütün ərazilərində suveren hüquqlarını tam şəkildə həyata keçirir. Bu, ölkəmizin güclü dövlətçilik ənənələrinə və hüquqi sistemə əsaslanmasının nəticəsidir. Azərbaycan bu gün regionun lider dövləti olmaqla yanaşı, həm də çağdaş, demokratik və hüquqi dövlət modelini uğurla tətbiq edən ölkələr sırasında önəmli yer tutur.
Tədbirdə digər çıxış edənlər: Qaradağ rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Səmayə Şıxəliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, Qaradağ rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov, “Qarabağ Qaziləri” İctimai Birliyi Qaradağ rayon filialının sədri Əvəz İsmayılov, YAP veteranı Hacı İbrahimov, partiyanın gənc fəalı Amin Şamilzadə və başqaları bildiriblər ki, Azərbaycan müstəqil bir dövlət olaraq Konstitusiya və suverenlik prinsipini tam şəkildə həyata keçirir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi isə ölkəmizin hüquqi və demokratik dövlət quruculuğuna olan bağlılığını bir daha təsdiq edir. Bu il çərçivəsində keçirilən tədbirlər və təşəbbüslər həm ölkə vətəndaşlarının, xüsusilə də gənc nəslin hüquqi düşüncəsinin inkişafına, həm də dövlətçilik prinsiplərinin dərinləşdirilməsinə xidmət edir.
Sonda Ulu öndər Heydər Əliyevin büstü önündə xatirə fotosu çəkdirilib.
Xəbər lenti
Hamısına baxİdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10

