Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Futbol üzrə Azərbaycan millisi beynəlxalq turnirin qalibi olub

Futbol üzrə Azərbaycan millisi beynəlxalq turnirin qalibi olub

31.03.2026 [12:32]

Futbol üzrə Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turnirində sonuncu oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, komanda Syerra Leone yığması ilə qarşılaşıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşdığı üçün penaltilər seriyası oynanılıb. Burada daha dəqiq olan Azərbaycan yığması (9:8) beynəlxalq turnirin qalibi olub.

Syerra Leone seçməsi isə ikinci yerlə kifayətlənib.

Qeyd edək ki, Azərbaycan millisi beynəlxalq turnirin ilk oyununda Sent Lüsiya yığmasını 6:1 hesabı ilə məğlub edib.

Paylaş:
Baxılıb: 79 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31