Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ağdamda “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü”nə həsr edilmiş anım tədbiri keçirilib

Ağdamda “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü”nə həsr edilmiş anım tədbiri keçirilib

31.03.2026 [18:01]

31 mart 2026-cı il tarixdə Ağdam rayon Heydər Əliyev Mərkəzində “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”nə həsr edilmiş anım tədbiri keçirilib. Ağdam Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, YAP fəalları, idarə, müəssisə, təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbir soyqırım qurbanlarının, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış, daha sonra iştirakçıların çıxışları ilə davam etmişdir. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov,  YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev və digər natiqlər çıxış edərək Birinci Dünya müharibəsinin sonlarına yaxın, 1918-ci ilin mart ayında yaranmış mürəkkəb şəraitdə Azərbaycanın müxtəlif yerlərində erməni-daşnak və bolşevik dəstələrinin birlikdə azərbaycanlı əhalini kütləvi qırğınlara, soyqırımına məruz qoymalarından, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilməsindən, bu tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə cənab Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“nin yaradılmasına dair imzaladığı Sərəncamdan bəhs etmişlər.

Paylaş:
Baxılıb: 60 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31