Bu gün yüksək səviyyədə qurulan siyasi təmaslar çox güclü siyasi bünövrəni təşkil edir
28.04.2026 [15:44]
Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olan ikitərərfli əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir. Bu, qarşılıqlı səfərlərin dinamikliyində özünün aydın ifadəsini tapır. Aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenski ölkəmizdə işgüzar səfərdə oldu. Prezidentlərin Qəbələdə keçirilən təkbətək və geniş tərkibdə görüşlərində, mətbuata bəyanatlarında iki ölkənin münasibətlərinin dünəninə və bu gününə baxış əsasında perspektivlər müəyyənləşdirildi.
Azərbaycan ikitərəfli əlaqələrdə humanitar sahənin inkişafına öz töhfəsini verir. Bu, Azərbaycan dövlətinin siyasətindən irəli gəlir. Azərbaycan münaqişədən əziyyət çəkən regionlara, xalqlara həmişə dəstək göstərir. Çünki Azərbaycan özü uzun illər bu problemdın əziyyət çəkən ölkə olub. Humanitar dəstək bir neçə formada özünü göstərir. Ukraynadan olan uşaqların reabilitasiya proqramları həyata keçirilir. Azərbaycan bu problemi yaşayıb. Müharibənin ilk psixoloji travmasını uşaqlar alır. Buna görə də mütəmadi əsasda ukraynalı uşaqların Azərbaycanda reabilitasiyası həyata keçirilir. Yaxın vaxtlarda ukraynalı tələbələrin Azərbaycanda reabilitasiya proqramı həyata keçiriləcək. Prezidentlərin mətbuata bəyanatlarında bu məqamlara xüsusi diqqət yönəldildi. Ukrayna Prezidenti bildirdi: “Cənab Prezident, xüsusi olaraq Sizə təşəkkürümüzü bildiririk ki, bizim uşaqlarımıza kömək edirsiniz. O uşaqlar, övladlarımız cəbhəyanı bölgələrdən gəlirlər. Onlar əzab-əziyyətlərlə üzləşiblər, müharibədən əziyyət çəkiblər. Dəstəyinizə görə təşəkkür edirik. Beş yüzdən artıq ukraynalı uşaq buradadır və bu humanitar dəstəyə görə Sizə minnətdarıq”.
Ölkələr arasında əlaqələrin inkişafında enerji amilini nəzərə alsaq, bu, Azərbaycan-Ukrayna əlaqələrində də əsas faktorlardan biridir. “Müzakirə olunan məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində əməkdaşlığı qeyd etmək istərdim” söyləyən cənab İlham Əliyev bildirdi ki, burada həm əldə edilmiş nailiyyətlər var, SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir. Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Növbəti illərdə bu rəqəm daha da artacaq. Çünki buna da böyük imkanlar var.
Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır. 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapıb. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir. Cənab İlham Əliyev mətbuata bəyanatında bu məqamı da xüsusi qeyd etdi ki, keçən il iki mühüm hadisə baş vermişdir. Bakıda Xarici İşlər nazirliklərinin məsləhətləşmələri və Hökumətlərarası Komissiyanın iclası keçirilmişdir. Səfər zamanı söhbət əsnasında bu tədbirlərin Ukraynada növbəti dövrdə keçirilməsi haqqında da fikir mübadiləsi aparıldı. Azərbaycanla Ukrayna bu gün biz bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, son dörd ildə Prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi gözəl göstəricidir. Bu, əlaqələrimizin nə qədər dinamik olmasından xəbər verir. Biz bu gün qarşılıqlı hörmətdən, qarşılıqlı maraqların təmin edilməsindən danışırıq. Səfər Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaq.
Aprelin 26-da Çex Respublikasının Baş naziri Andrey Babiş Azərbaycana rəsmi səfərə gəldi. Aprelin 27-də Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin Çex Respublikasının Baş naziri Andrey Babişlə təkbətək və geniş tərkibdə görüşü keçirildi. Prezident İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış etdilər. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, Çexiyanın Baş nazirinin səfəri iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir. Bizim çox fəal siyasi dialoqumuz var. Bu gün bir çox - həm regional, həm ikitərəfli, həm daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. O da qeyd edildi ki, əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Azərbaycan və Çexiya çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. “Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır” söyləyən cənab İlham Əliyev vurğuladı ki, bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqına üzv ölkədir. O cümlədən Çexiyaya qonşu olan ölkələrə Azərbaycan təbii qaz ixrac edir. Prezident İlham Əliyev iki ölkə arasında əlaqələrin inkişafı fonunda onu da bildirdi ki, biz Çexiyadan hərbi təyinatlı bir çox məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Bu sahənin də çox genişmiqyaslı olacağına əminliyini bildirən dövlətimizin başçısı qeyd etdi ki, çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır.
Çexiyanın Baş naziri Andrey Babiş isə qeyd etdi ki, Azərbaycan Çex Respublikası üçün strateji tərəfdaşdır. Bizim çox səmimi dostluq münasibətlərimiz var. O, Azərbaycanın bu gün dünyanın diqqət mərkəzində olduğunu da vurğuladı. Həmçinin bildirdi ki, bizim milli enerji operatorumuz ČEPS də Azərbaycandan təbii qaz almaq niyyətindədir. Azərbaycanın qaz hasilatının tədricən artırdığını qeyd edən Çexiyanın Baş naziri vurğuladı ki, bu gün şirkətin rəhbəri də bizimlədir və biz qaz təminatı baxımından Azərbaycanla uzunmüddətli müqavilə bağlaya bilsək çox şad olarıq.
Aprelin 27-də Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin və Çex Respublikasının Baş naziri Andrey Babişin iştirakı ilə Azərbaycan-Çexiya biznes-forumu da keçirildi. Azərbaycan Prezidenti və Çexiyanın Baş naziri tədbirdə çıxış etdilər. Cənab İlham Əliyev bildirdi ki, bu gün Çexiya və Azərbaycan liderləri özlərinin işgüzar dairələrinə çox aydın mesaj göndərirlər: ikitərəfli ticarət, sərmayələrdə iştirak etmək, praktiki layihələrə nəzər salmaq və işbirliyinin qurulması yolları haqqında düşünmək vaxtıdır. Bu gün yüksək səviyyədə qurulan siyasi təmaslar çox güclü siyasi bünövrəni təşkil edir. Çex Respunlikasının Baş naziri Andrey Babiş “Ən dinamik ölkələrdən biri olan Odlar diyarı Azərbaycanla əlaqələrin gücləndirilməsinə və yeni üfüqlərin kəşfinə həsr olunmuş Çexiya-Azərbaycan biznes-forumu üçün burada, Qəbələdə olmaqdan böyük şərəf hissi duyuram” söyləyərək onu da əlavə etdi ki, Azərbaycan əlbəttə ki, bizim üçün, Çex Respublikası üçün strateji tərəfdaşdır. Buna görə də Avropa İttifaqına üzv olmayan ölkələr arasında ilk səfərimi məhz buraya edirəm. Bu əminlik ifadə edildi ki, bugünkü forum, əlbəttə ki, bizim əməkdaşlığımızı intensivləşdirərək irəli aparacaq və bu bizim üçün çox önəmlidir.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

