Çexiya ilə əməkdaşlıq daha da dərinləşir
30.04.2026 [11:29]
Bu gün dünyanın diqqət mərkəzində olan müstəqil Azərbaycanın strateji tərəfdaşlarından biri də Çex Respublikasıdır. Bu ölkə ilə möhkəm dostluğa söykənən münasibətlər ardıcıl şəkildə inkişaf etməkdədir.
Aprelin 27-də Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Çex Respublikasının baş naziri Andrey Babiş arasında keçirilən görüşlər və mətbuata verilən bəyanatlar dövlətlərarası münasibətlərin sürətlə inkişaf etdiyini, eyni zamanda çoxşaxəli xarakter aldığını bir daha nümayiş etdirir. Görüşlər çərçivəsində həm ikitərəfli, həm də regional və qlobal məsələlər geniş müzakirə olunub, əməkdaşlığın gələcək istiqamətləri müəyyənləşdirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyan edib ki, mən çox şadam ki, cənab Baş nazir bu gün bizim qonağımızdır. Biz üç ay bundan əvvəl Davosda görüşmüşük. Bu, bizim birinci görüşümüz olmuşdur və görüş çox məhsuldar keçmişdir, bir çox məsələlər ətrafında fikir mübadiləsi apardıq. Mən cənab Baş naziri Azərbaycana rəsmi səfərə dəvət etmişəm və şadam ki, bu gün cənab Baş nazir bu səfəri Azərbaycana həyata keçirir. Bu, iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir. Bizim indi çox fəal siyasi dialoqumuz var. Bu gün bir çox məsələlər – həm regional, həm ikitərəfli, həm də daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Çexiya ilə əməkdaşlığımızın böyük hissəsinin energetika sektoruna aid olduğunu vurğulayan Dövlət Başçımız bildirib ki, burada da uzun illər ərzində Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür. O cümlədən Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir. Təbii ki, bu gün biz bu barədə də danışdıq və bu sahədə gələcək əməkdaşlıq haqqında qərara gəldik. Biz buna daha geniş prizmadan yanaşırıq. Bu, sadəcə olaraq, ticarət əməliyyatları, enerji resurslarının ixracı əməliyyatları olmayacaq. Biz buna daha genişmiqyaslı, uzunmüddətli əməkdaşlıq kimi yanaşırıq.
İqtisadi əməkdaşlıq istiqamətində səsləndirilən fikirlər xüsusi əhəmiyyət kəsb edir. Ticarət dövriyyəsinin artıq 800 milyon dolları ötərək artım dinamikası nümayiş etdirməsi müsbət göstəricidir. Bununla yanaşı, ticarətin strukturunun daha balanslı və şaxələndirilmiş formada inkişaf etdirilməsi ilə bağlı hədəflər gələcək əməkdaşlığın əsas prioritetlərindən biri kimi diqqət çəkir. Çexiyadan gəlmiş geniş iş adamları heyətinin iştirakı ilə keçirilən biznes-forum isə yeni iqtisadi tərəfdaşlıqların qurulmasına real zəmin yaradır.
Qeyd etmək lazımdır ki, , Azərbaycan ilə Çex Respublikası arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Siyasi dialoqun fəallığı, iqtisadi əlaqələrin genişlənməsi, enerji sahəsində etibarlı tərəfdaşlıq və müdafiə sənayesində yeni təşəbbüslər gələcək üçün güclü əsas yaradır. Mövcud dinamika onu deməyə əsas verir ki, qarşıdakı dövrdə bu əməkdaşlıq daha da dərinləşəcək, yeni istiqamətləri əhatə edəcək və uzunmüddətli strateji tərəfdaşlıq səviyyəsinə yüksələcəkdir.
Aynurə Abbasova
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

