Almaniyanın müdafiə naziri ABŞ qoşunlarının çıxarılması qərarının gözlənilən olduğunu bildirib
03.05.2026 [18:40]
ABŞ-nin Almaniyadakı hərbi kontingentinin bir hissəsini bu ölkədən çıxarması planı Almaniyanın siyasi dairələrində bir qədər təmkinli reaksiya doğurub.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius bu qərarın əvvəlcədən gözlənilən olduğunu qeyd edərək, Vaşinqtonun Avropadakı hərbi mövcudluğunu yenidən qiymətləndirməsinin yeni tendensiya olmadığını vurğulayıb. Onun sözlərinə görə, ABŞ ilə hərbi əməkdaşlıq davam edir və Amerika qüvvələrinin Avropada, xüsusilə Almaniyada yerləşməsi hər iki tərəfin maraqlarına uyğundur.
Nazir bildirib ki, yaranmış vəziyyət NATO çərçivəsində Avropa ölkələrinin daha böyük məsuliyyət götürməsinin vacibliyini bir daha ortaya qoyur. Almaniya bu istiqamətdə Bundesverin gücləndirilməsi, silahlanmanın sürətləndirilməsi və hərbi infrastrukturun genişləndirilməsi ilə irəliləyiş əldə edir.
Bundestaqın Müdafiə komitəsinin sədri Tomas Rövekamp ABŞ-nin planını siqnal adlandıraraq təşvişə əsas olmadığını bildirib. Bununla belə, o, ABŞ Prezidenti Donald Trampın addımlarını tənqid edərək təhlükəsizlik tərəfdaşlığının birtərəfli qərarlarla zəiflədilməsinin yolverilməz olduğunu qeyd edib.
Digər siyasətçilər isə fərqli mövqelər sərgiləyiblər. Xristian Demokratlar İttifaqından olan siyasətçi Yürgen Hardt bu qərarın ABŞ-dəki daxili siyasi amillərlə bağlı ola biləcəyini və Avropanın müdafiəsinə dair etimadı qismən zəiflədə biləcəyini vurğulayıb. Yaşıllar Partiyasının üzvü Sara Nanni Avropa ölkələrinin koordinasiyalı mövqe nümayiş etdirməsinin vacibliyini qeyd edib.
ABŞ bazalarının güclü olduğu Reynland-Pfalts əyalətinin Baş naziri Aleksander Şvaytser qərarın ciddi qəbul edilməli olduğunu bildirib və mümkün təsirlərə hazırlaşmağa çağırıb. Hərbi ekspert Karlo Masala isə ABŞ-nin Almaniyada planlaşdırdığı “Tomahawk” və “Dark Eagle” raket sistemlərinin yerləşdirilməsinin təxirə salınmasının Rusiyaya qarşı çəkindirmə imkanlarında boşluq yarada biləcəyini bildirib.
NATO rəsmiləri hazırda qərarın detalları üzərində ABŞ ilə məsləhətləşmələrin davam etdiyini və Alyansın kollektiv müdafiə qabiliyyətinin qorunacağına əmin olduqlarını bəyan ediblər.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52

