/ / Milli Məclisin deputatı Ağalar Vəliyev Xaçmaz rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan konfransda iştirak edib
Milli Məclisin deputatı Ağalar Vəliyev Xaçmaz rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan konfransda iştirak edib
08.05.2026 [20:39]
Xaçmaz rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan konfrans keçirilib. Konfransda Milli Məclisin deputatı Ağalar Vəliyev, rayon rəhbərliyi və geniş ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Konfransdan öncə Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət olunub və abidənin önünə tər güllər qoyulub.
Milli Məclisin deputatı konfransda çıxış edərək qeyd edib ki, Ümummilli Liderin doğum günü ilə bağlı bütün bölgələrimizdə təşkil olunan silsilə tədbirlər müstəqilliyinin ən qüdrətli dövrünü yaşayan ölkəmizin qalib dövlət kimi şanlı Zəfərimizdən irəli gələn yeni hədəflərinin müəyyənləşdiyi əlamətdar bir dönəmə təsadüf edir.
Ulu Öndərin dövlətçilik tariximizdə müstəsna xidmətlərini xatırladan parlamentari onun azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi müdrik siyasəti, dönməz əqidəsi, tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasını gerçəkləşdirməsini, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmasını xüsusilə vurğulayıb.
Bildirib ki, çağdaş dünyamızda geniş şöhrət qazanmış Heydər Əliyev Azərbaycan tarixində Ümummilli Lider statusu qazanmış yeganə şəxsiyyətdir. Bu nəhəng dühanın Milli Liderlik səviyyəsini fəth etməsi ən çətin və mürəkkəb məqamlarda ölkənin və xalqın taleyində həlledici rol oynaması, xilaskarlıq vəzifələrini qətiyyətlə həyata keçirməsi, dövlətini və millətini irəli aparması sayəsində mümkün olub.
Ulu Öndər istər Sovetlər Birliyi dövründə, istərsə də müstəqillik dönəmində liderlik funksiyalarının yüksək səviyyədə icra olmasını qətiyyətlə təmin edib. Fenomenal dövlət rəhbəri kimi fəaliyyət göstərdiyi 35 ilə yaxın bir dövrün Azərbaycan üçün bütün ümummilli məsələlərinin həlli onun adı ilə bağlıdır.
XX əsr dünya tarixinin ən parlaq simalarından və ən görkəmli dövlət xadimlərindən olan, xalqımızın müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirərək milyonların qəlbində əzəmətli abidə ucaldan Heydər Əliyev müstəqil Azərbaycanın memarı, çağdaş dövlətçiliyimizin qurucusu və ölkəmizin dayanıqlı inkişaf strategiyasının müəllifi kimi hər zaman dərin hörmət və böyük ehtiramla anılır.
Deputat bildirib ki, Heydər Əliyevin ən böyük missiyalarından biri də əsasını qoyduğu hərtərəfli milli intibahı özündən sonra inamla davam etdirə biləcək layiqli varisini yetişdirməsi idi. Bu gün tam əminliklə və qətiyyətlə söyləmək olar kı, Prezident İlham Əliyev Ulu Öndərin sosial-iqtisadi inkişaf kursunu qloballaşan dünyanın müasir çağırışlarına uyğun olaraq uğurla davam etdirir.
Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi idi. Dahi şəxsiyyətin vəsiyyətini Müzəffər Ali Baş Komandan İlham Əliyev ləyaqətlə yerinə yetirdi və bütün ərazilərimizdə tam suverenliyimizi bərpa etdi. Hazırda doğma Qarabağımızda müasir standartlara cavab verən nəhəng infrastruktur layihələri, genişmiqyaslı quruculuq işləri və Böyük Qayıdış proqramı yüksək səviyyədə icra olunur.
Ölkə Prezidentinin son 23 il ərzində həyata keçirdiyi uğurlu dövlət siyasəti və konseptual islahatlar sayəsində yeni reallıqlar yaradan Azərbaycan bu gün regionun lider ölkəsi və qlobal strateji mərkəz kimi dünya çapında önəmli rol oynayır.
Ağalar Vəliyev sonda söyləyib ki, bütün sadaladığı məqamlar Ümummilli Liderin amallarının həyata vəsiqə alması deməkdir. Qazanılan yüksək nailiyyətlər, bu günün güclü Azərbaycanı məhz Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin müdrikliklə həyata keçirdiyi mükəmməl strategiyanın bəhrələridir.
Heç şübhə yoxdur ki, Heydər Əliyev yolu ilə inamla irəliləyən Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra daha möhtəşəm uğurlar qazanacaq və daha uca zirvələr fəth edəcək.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

