/ / Media: Yaxın Şərqdəki gərginlik fonunda Azərbaycanın Avropa üçün əhəmiyyəti yaxın illərdə daha da artacaq
Media: Yaxın Şərqdəki gərginlik fonunda Azərbaycanın Avropa üçün əhəmiyyəti yaxın illərdə daha da artacaq
11.05.2026 [18:40]
Rumıniyanın “G4Media” nəşrində dərc olunan geniş təhlildə Donald Trampın İrana qarşı sərt siyasətinin qlobal ticarət marşrutları, Körfəz regionu, enerji təhlükəsizliyi və transatlantik münasibətlərdə ciddi dəyişikliklər yaratdığı vurğulanıb.
AZƏRTAC xəbər verir ki, məqalədə Vaşinqton ilə Tehran arasında gərginliyin xüsusilə Hörmüz boğazında təhlükəsizlik risklərini artırdığı bildirilib. Müəllif qeyd edib ki, dünya neft daşımalarının mühüm hissəsinin keçdiyi bu strateji bölgədə mümkün böhran qlobal enerji bazarlarına və beynəlxalq ticarətə birbaşa təsir göstərə bilər.
Məlumatda vurğulanıb ki, Donald Tramp administrasiyası İranın nüvə proqramı və Yaxın Şərqdəki fəaliyyətinə qarşı sərt təzyiq strategiyası yürüdərək həm iqtisadi sanksiyaları, həm də hərbi mövcudluğu gücləndirib. Bu siyasətin ABŞ ilə Avropa arasında da müəyyən fikir ayrılıqları yaratdığı diqqətə çatdırılıb. Bir sıra Avropa dövlətləri Vaşinqtonun addımlarının enerji qiymətləri və regional sabitlik üçün əlavə risklər formalaşdırdığını hesab edir.
Rumıniya nəşrinin yazdığına görə, Körfəz regionundakı qeyri-sabitlik Avropanı alternativ enerji və nəqliyyat marşrutlarına daha çox diqqət ayırmağa məcbur edir. Bu kontekstdə Qara dəniz hövzəsi, Cənubi Qafqaz və Xəzər regionunun strateji əhəmiyyəti daha da artır.
Məqalədə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol xüsusi qeyd olunub. Müəllif bildirib ki, Azərbaycan qazı Avropa bazarları üçün alternativ və etibarlı enerji mənbələrindən biri hesab olunur. Xüsusilə Cənub Qaz Dəhlizi və Orta Dəhliz layihələrinin geosiyasi əhəmiyyətinin son illərdə daha da yüksəldiyi vurğulanıb.
Təhlildə qeyd edilib ki, Avropa dövlətləri Yaxın Şərqdə mümkün böhranların enerji bazarına təsirini azaltmaq üçün Xəzər regionu ilə əməkdaşlığı genişləndirməyə çalışırlar. Bu baxımdan Azərbaycan yalnız enerji ixracatçısı deyil, həm də Avropa ilə Asiya arasında strateji logistika və tranzit mərkəzi kimi qiymətləndirilir.
Məqalədə Gürcüstan və Qara dəniz marşrutlarının da əhəmiyyəti vurğulanıb. Müəllifin fikrincə, regionda nəqliyyat və enerji bağlantılarının inkişafı Avropa İttifaqının geosiyasi təhlükəsizlik strategiyasının əsas elementlərindən birinə çevrilib.
Ekspertlərin fikrincə, Trampın bu siyasəti yalnız ABŞ–İran münasibətlərinə deyil, eyni zamanda Avropa enerji təhlükəsizliyinə, beynəlxalq ticarət marşrutlarına və Qafqaz regionunun strateji roluna da birbaşa təsir göstərir. Analitiklər hesab edirlər ki, Yaxın Şərqdə gərginliyin artması fonunda Azərbaycanın və ümumilikdə Cənubi Qafqazın Avropa üçün əhəmiyyəti yaxın illərdə daha da yüksələcək.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

