YAP nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir
14.05.2026 [11:37]
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin Pekində Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) üzvü, Partiya Məktəbinin birinci prorektoru, nazir Si Çuntao ilə görüşü keçirilib.
Görüşdə iki ölkənin liderləri tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan-Çin münasibətlərinin bütün sahələrdə yüksələn xətt üzrə inkişafının məmnunluq doğurduğu qeyd edilib. Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında Əməkdaşlıq memorandumundan irəli gələn vəzifələrin bugünədək uğurla yerinə yetirildiyi, qarşılıqlı hörmət və etimada əsaslanan səmərəli işbirliyinin inamla davam etdirildiyi bildirilib.
İstər Azərbaycan, istərsə də Çində gənclərlə siyasi-ideoloji işin xüsusi diqqət mərkəzində saxlanıldığı qeyd edilib. Gənclərin ictimai-siyasi həyatda, eləcə də dövlət idarəçiliyində və partiya fəaliyyətində aktiv iştirakının önəminə toxunularaq bu sahədə ixtisaslaşmış təhsil müəssisələri arasında əməkdaşlığın vacibliyi vurğulanıb.
Görüş zamanı Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə ÇKP MK Partiya Məktəbi arasında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib. Memorandumu ÇKP MK Partiya Məktəbinin birinci prorektoru Si Çuntao və DİA-nın rektoru, akademik Urxan Ələkbərov imzalayıblar.
Memorandumda əksini tapmış müddəaların icrasının tərəflər arasında qarşılıqlı maraq doğuran sahələr üzrə təcrübə mübadiləsini təmin etməklə dövlət idarəçiliyi, strateji planlaşdırma və kadr hazırlığı sahəsində mühüm nailiyyətlərə yol açacağına inam ifadə olunub.
Nümayəndə heyətinin Çin Sosial Elmlər Akademiyasının vitse-prezidenti, nazir Pin Cinhuy ilə görüşündə isə hər iki ölkədə elm və təhsilin inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğu vurğulanıb, bu istiqamətdə beynəlxalq əməkdaşlığın önəminə diqqət çəkilib. Elmi-tədqiqat institutları arasında əlaqələrin genişləndirilməsi, birgə araşdırmaların aparılması, akademik mübadilə proqramlarının təşviqi, eləcə də sosial elmlər sahəsində qarşılıqlı təcrübə paylaşımının artırılması ilə əlaqədar fikir mübadiləsi aparılıb.
Bundan sonra YAP nümayəndə heyətinin Çin Arxeoloji Muzeyinə ekskursiyası təşkil edilib. Sosial Elmlər Akademiyasının vitse-prezidenti Cao Ruy ilə keçirilən görüşdə tarix elminin qarşılaşdığı yeni çağırışlar fonunda rəqəmsallaşma və süni intellekt texnologiyalarının elmi-tədqiqat prosesinə inteqrasiyası, tarixi irsin qorunması, elmi nəşrlərin qarşılıqlı mübadiləsi, ortaq layihələrin hazırlanması, eləcə də alimlər və tədqiqatçılar arasında birbaşa əlaqələrin qurulması istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Səfər çərçivəsində nümayəndə heyəti Konfutsi məbədini də ziyarət edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

