Zəfərdən yeni hədəflərə
05.10.2026 [16:38]
Azərbaycanın müasir dövlətçilik tarixi zəngin və mürəkkəb siyasi proseslərlə dolu bir salnamədir. 1990-cı illərin əvvəllərində müstəqilliyini bərpa edən ölkəmiz həm daxili siyasi xaos, həm də xarici hərbi təcavüz nəticəsində ciddi böhranla üz-üzə qalmışdı. İqtisadi tənəzzül, dövlət idarəçiliyindəki pərakəndəlik və vətəndaş müharibəsi təhlükəsi fonunda cəmiyyətin xilaskar bir lidərə və güclü bir siyasi qüvvəyə ehtiyacı var idi. Məhz bu tarixi zərurətdən irəli gələrək Yeni Azərbaycan Partiyası (YAP) yarandı və Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıtdı. YAP-ın təməlinin qoyulması - məşhur "91-lər"in müraciəti və Naxçıvanda keçirilən təsis konfransı - Azərbaycanın milli həmrəylik tarixinin dönüş nöqtəsidir.
Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasi zəkası və xalqın sarsılmaz inamı ilə təməli qoyulan bu təşkilat yalnız bir siyasi partiya deyil, Azərbaycan dövlətçiliyinin, milli həmrəyliyin və inkişafın əsas sütununa çevrilib. Otuz ildən artıq bir müddətdə iqtidarda olan YAP ölkəmizi siyasi burulğanlardan çıxararaq Zəfərə, Qafqazın lider dövləti olmaq zirvəsinə daşıyıb. Bu gün YAP nəinki Azərbaycanın, bütün Cənubi Qafqazın ən böyük və mütəşəkkil siyasi qüvvəsidir.
Ulu Öndərin xilaskarlıq missiyası və Onun siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uzaqgörənliklə davam etdirilməsi sayəsində Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə işğala son qoydu, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri ilə isə ölkənin bütün ərazisində suverenliyini tam bərpa etdi. Bu tarixi zəfərlər fonunda Azərbaycanın xarici siyasət strategiyasının və ideoloji təhlükəsizliyinin əsas prinsipləri VIII Qurultayda bir daha aydın şəkildə bəyan edildi. Rəsmi Bakı xarici siyasətini hər hansı kənar diktə ilə deyil, yalnız milli maraqlar əsasında qurur. Ölkəmiz artıq dünyanın aparıcı ekspertləri və analitikləri tərəfindən "orta güc dövləti" kimi qəbul olunur və tam iqtisadi müstəqilliyə sahibdir. Dövlət başçısının xarici müdaxilələrə və təzyiq cəhdlərinə cavabı konkret və kəsərli oldu.
Bu gün Azərbaycan öz daxili resursları hesabına Avropanın enerji təhlükəsizliyində əvəzsiz rol oynayır, balanslaşdırılmış xarici siyasəti və qlobal layihələri ilə beynəlxalq aləmin en etibarlı tərəfdaşlarından birinə çevrilib. Müstəqil siyasətin və iqtisadi suverenliyin en bariz göstəricisi isə işğaldan azad edilmiş ərazilərdə aparılan misilsiz quruculuq işləridir. Azərbaycan heç bir xarici maliyyə asılılığı olmadan, sırf öz daxili potensialı ilə Qarabağ və Şərqi Zəngəzuru yenidən qurur.
VIII Qurultayın keçirildiyi mərhələnin əsas üstünlüyü də məhz budur: Azərbaycan artıq yalnız gələcək barədə danışan deyil, öz qarşısına qoyduğu böyük məqsədləri mərhələli şəkildə həyata keçirən dövlətdir.
Zülfüqar Cəfərov
YAP Sabunçu rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14

