Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / NASA-dan xəbərdarlıq: 7 asteroid Yerin yaxınlığından keçəcək!

NASA-dan xəbərdarlıq: 7 asteroid Yerin yaxınlığından keçəcək!

19.10.2021 [15:12]

Amerika Aviasiya və Kosmos İdarəsi (NASA) planetimizə yaxınlaşan 7 asteroidlə bağlı açıqlama verib. yeniazerbaycan.com-un Türkiyənin “Hürriyyət” qəzetinə istinadən yaydığı xəbərə görə, önümüzdəki həftələrdə Yer kürəsinin yanından 7 asteroid  keçəcək və onların təhlükə dərəcəsi böyükdür. NASA-nın Yerə yaxın Cisimlər Mərkəzinin verdiyi xəbərə görə, bu asteroidlərdən biri Nyu-Yorkun simvolik tikililərindən olan “Empire State” binası ilə təxminən eyni ölçüdədir.

Qeyd edək ki, Yerin ən yaxınından keçməsi ehtimal edilən “2004 UE” asteroidi noyabrın 13-də planetimizə yanlaşacaq.

Xatırladaq ki, Yer kürəsi üçün təhlükəli sayılan ən az 26.000 asteroid var. Onlardan birinin yolunun dünya ilə kəsişməsi belə fəlakətə səbəb ola bilər. Mütəxəssislər, nəhəng kosmik obyektlərdən birinin Yerə dəyəcəyi təqdirdə nəzəri olaraq fəlakətə səbəb ola biləcəyini bildirirlər. Asteroidin Yerə düşməsi halında mümkün fövqəladə hallar planlarını müzakirə edən tədqiqat qrupu “2021 PDC” hipotetik asteroid təsir ssenarisini hazırlayıb. Bu ssenariyə görə, planetimizdən 56 milyon kilometr uzaqda olan asteroid 6 ay müddətdən sonra Yerə çırpıla bilər. Alimlər belə bir vəziyyətdə asteroidin nəhəng bir nüvə partlayışı effekti yaradacağı və dəhşətli nəticələrə səbəb olacağı ilə razılaşırlar.

Hazırda malik olduğumuz texnologiya ilə belə bir vəziyyət qarşısında əlacsızlığımızı vurğulayan tədqiqat qrupu yeganə çıxış yolunun toqquşma zonasını əvvəlcədən boşaltmaq olduğunu ifadə edirlər. Bu, on milyonlarla insanın evlərini və hətta ölkələrini tərk etməsi deməkdir.

Paylaş:
Baxılıb: 515 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30