Yuxumuzun dostu kitablar
25.04.2024 [11:00]
Zehnimiz bir gün boyunca inanılmaz dərəcədə informasiya və stress axınına məruz qalır. Xüsusən, həftə boyunca iş həyatında, həmçinin bəzən həftə sonlarında məruz qaldığımız bu stressdən xilas olmaq o qədər də asan məsələ deyil. Bu məqamda öyrəndiyimiz bir çox informasiyaları, məlumatları unudur, işlədə bilmir, eləcə də kitab oxumağa vaxt tapmadığımız üçün məyus oluruq.
Amma xüsusilə yatmazdan öncə bir neçə sətir oxumaq beynin, yaddaşın inkişafı, sağlamlığı üçün hər yaşdan olan insanlar üçün olduqca faydalıdır. Bəs yatmazdan öncə çox qısa bir zaman kitab oxumağın konkret hansı faydaları var?
1. Koqnitiv bacarıqları təkmilləşdirir:
Şimali İllinoys (Northern Illinois) Universiteti tərəfindən aparılan araşdırmalar göstərir ki, koqnitiv bacarıq testlərində oxuma vərdişi olan insanlar olmayanlara nisbətən daha yüksək nəticə göstərirlər. Bundan əlavə, onların söz ehtiyatının və ümumi bilik səviyyələrinin digər qrupdan nəzərəçarpacaq dərəcədə yüksək olduğu müşahidə edilir.
Beləliklə, hətta yatmazdan əvvəl qısa vaxtda kitab oxumaq belə sizi daha ağıllı edə bilər.
2. Yüngül əqli problemlərin sağalmasına kömək edir:
Təbii ki, yüngül əqli problemlər dedikdə, daha ağır psixi xəstəliklərlə müqayisədə nəzərdə tutulur. Məsələn, depressiya kimi günümüzün əsas problemlərindən olan bir narahatlığın müəyyən hissəsini kitab oxumaqla dəf etmək mümkündür. İngilis psixiatrları yüngül və orta dərəcəli depressiyadan əziyyət çəkən xəstələrə dərman yazmaq əvəzinə, kitab oxumağı tövsiyə etməyə başlayıblar. Maraqlıdır ki, xəstələrin əksəriyyəti narahatlqılarının azaldığını və depressiya əlamətlərinin yüngülləşdiyini bildiriblər. Təbii ki, depressiyanın yüz faiz sağalacağını iddia etmək doğru olmazdı. Yenə də sınamağa dəyər, elə deyilmi?
3. Yuxunun keyfiyyətini artırır:
Milli Yuxu Vəqfi (National Sleep Foundation) tərəfindən aparılan araşdırmaya görə, yuxudan əvvəl kitab oxumaq orqanizmi yuxuya hazırlayır. Belə ki, gün ərzində yaşadığımız hadisələrlə yuxu arasında bir növ sədd rolunu oynayır və “günün stressinin yuxuya getməyə əngəl olmağının qarşısını alır”.
Buna görə də, bədən və ağıl yuxu zamanı yerinə yetirməli olduqları istirahət və bərpa işlərinə daha yaxşı diqqət yetirir. Təbii ki, bu, növbəti iş günü üçün daha güclü və dinc oyanmağa kömək edir.
4. Alzheimer xəstəliyinə qarşı əla qoruyucudur:
Alzheimer qarşısı alına bilən və ya tamamilə qoruna bilən xəstəlik olmasa da, müəyyən vərdişlərə yiyələnmək beynin funksionallığını qoruyub saxlamağa və Alzheimer riskini azaltmağa kömək edir. Kitab oxumaq bu vərdişlərdən biridir.
Milli Qocalma İnstitutunun (National Institute of Aging) məlumatına görə, iş yükü, stress və gün ərzində vaxt azlığı səbəbindən özünü kitaba həsr etmək mümkün olmaya bilər. Buna görə də bunu yatmazdan əvvəl etmək şiddətlə tövsiyə edilir.
5. Kortizol səviyyəsini azaldır:
Kortizol stress hormonudur və belə təsəvvür edin ki, iş həyatı kortizol okeanıdır. Əslində, bu, həmişə pis bir şey deyil. Belə ki, səhər insanları işə getmək oyadan və kəskin problemlərin öhdəsindən gəlməyə imkan verən məhz bu hormondur.
Amma təəssüf ki, digər tərəfdən, demək olar, bədəni məhv edir. Qastrit və xroniki yorğunluq, eləcə də zaman-zaman depressiyanın və hətta kilo almağın ən mühüm səbəbi də elə yüksək kortizol nisbətlərimizdir.
Yatmadan əvvəl oxuduğumuz bir neçə səhifə belə gün ərzində bəzən ən yüksək həddinə çıxmış kortizol hormonunun qarşısını alır və beləliklə, beynin və bədənin istirahət prosesinə xələl gəlmir. Üstəlik, yuxarıda qeyd etdiyimiz kimi, daha keyfiyyətli yuxuya da kömək edir.
6. Zehni 68% boşaltmağa kömək edir:
Sussex Universiteti tərəfindən aparılan bir araşdırmaya görə, hətta yatmazdan əvvəl sadəcə 6 dəqiqəlik mütaliə zehni 68% təmizləyə bilər (bu, musiqi dinləmək və ya bir fincan çay içməkdən qat-qat yaxşıdır).
7. Empatiyanı yaxşılaşdırır:
İnsanlarla sağlam münasibətlər qurmağımıza kömək edən əsas amil emosional intellekt adlandırdığımız EQ-dur.
“Science” jurnalındakı araşdırma məqaləsinə görə, yuxudan əvvəl, xüsusən də ədəbi dəyəri olan bir kitab oxumaq özümüzü müxtəlif uydurma personajların yerinə qoyaraq empatiya qabiliyyətimizi yaxşılaşdırmağa kömək edir. Müəyyən şəraitdə başqalarının duyğuları, reaksiyaları, qərarları və davranışları səbəb və nəticələri anlamağa imkan verdiyindən, real həyatda hadisələrə daha geniş prizmadan baxaraq insani münasibətlərimizi yaxşılaşdırmağa imkan verir. Əlbəttə, bu da həm işimiz, həm də şəxsi həyatımız üçün çox dəyərlidir.
8. Ağıl tamamilə fərqli şüur səviyyəsinə keçdikcə təxəyyülü əhəmiyyətli dərəcədə qidalandırır:
Fikrinizi bütünlüklə sözlərdən ibarət bu dünyaya həsr edib konsentrasiya etdikdə təzyiqiniz avtomatik olaraq tənzimlənir, əzələlər rahatlaşır, təxəyyül inkişaf edir və xəyalların keyfiyyəti artmağa başlayır.
Bir sözlə, gecələr az-az, lakin mütəmadi olaraq mütaliə vərdişi əldə etmək vacibdir.
Bu sayədə hər yeni iş gününə beyin və bədən enerjisi ilə təmin olunaraq başlamaq mümkündür. Bunu vərdiş halına salmış insanlar yaxşı bilirlər ki, yatmazdan əvvəl 15-20 dəqiqə kitab oxumaq heç də yuxu zamanı baxımından vaxt itkisi deyil.
Bəs siz bu gün yatmazdan öncə hansı kitabı oxuyacaqsınız?
Şahanə MÜŞFİQ
Xəbər lenti
Hamısına baxSosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26

