Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İran Yunanıstana nota verdi

İran Yunanıstana nota verdi

27.05.2022 [10:16]

Rəsmi Tehran Afinanın hərəkətini beynəlxalq piratçılıq kimi dəyərləndirir

PƏRVİZ

Yunanıstan sularında İran İslam Respublikası bayrağı altında yük gəmisinin ələ keçirilməsi növbəti dövlətlərarası qalmaqala səbəb olub. APA-nın Tehran bürosunun məlumatına görə, Yunanıstanın müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb. Etiraz notasında İran İslam Respublikasının bayrağı altında üzən gəminin ələ keçirilməsinin beynəlxalq piratçılıq olduğu bildirilib. Bildirilib ki, bu məsuliyyət Yunanıstan hökumətinin üzərinə düşür: “İran İslam Respublikası üzərinə düşən hüquqi prosedurları yerinə yetirir və Yunanıstan hökumətindən beynəlxalq öhdəliklərə əməl edilməsini gözləyir”.

İranın Limanlar və Dənizçilik Təşkilatı da Yunanıstanın İran bayrağını daşıyan gəmini saxlamaq və onun yükünü ələ keçirmək barədə hərəkətinə münasibət bildirib. Təşkilat bu addımın dəniz quldurluğu olduğunu bildirib. Bildirilib ki, şəxsi heyətin və gəminin təhlükəsizliyini qorumaq üçün nəqliyyat vasitəsi Yunanıstan sahillərinə sığınıb. Bəyanatda Yunanıstan hökuməti dərhal beynəlxalq öhdəliklərə əməl edilməyə çağırılıb. Təşkilat İran İslam Respublikası bayrağı altında gəminin Yunanıstan hökuməti tərəfindən sahillərində dayandırıldığını və yükünün məhkəmə qərarı və ABŞ hökumətinin koordinasiyası ilə ələ keçirildiyini bildirib: “Gəmi  və özünün təhlükəsizliyini qorumaq üçün sahilə çıxıb. Yunanıstan hökuməti təəssüf ki, gəmiyə heç bir  yardım etməyib. Hərbçilər yükləri təxliyə edib ki, bu da piratçılığın bariz nümunəsidir”.

Bəyanatda gəminin əlverişsiz hava şəraiti ilə üzləşdiyi bildirilib. “Beynəlxalq və texniki qaydalara və standartlara görə, təhlükəsiz vəziyyətdə olan, köməyə ehtiyacı olan gəmilər sahilə yaxın olan ölkə tərəfindən təhlükəsiz limana köçürülməli, ardınca təmir işləri aparılmalı və təhlükə aradan qaldırıldıqdan sonra yoluna davam etdirilməlidir. İran Limanlar Təşkilatı dünən gecədən etibarən məhkəmənin hökmü olduğununu iddia edərək gəminin yükünün müsadirə edildiyini, amerikalıların gəminin yükünü boşaltdığını qeyd edərək, Yunanıstan hökumətini bu hərəkətinə son qoymağa çağırıb”,- deyə bəyanatda vurğulanıb.

Məsələ ilə bağlı fikirlərini qəzetimizə bölüşən politoloq İlqar Vəlizadə son dövrlərdə baş verən hadisələrlə bağlı qlobal gərginliyin artdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bu, İran ilə Qərb arasındakı münasibətlərdə müşahidə olunmaqdadır. Təbii ki, burada nüvə razılaşmaları məsələsi də yer tutur: “Nüvə məsələsi ilə bağlı ikinci razılaşma da demək olar ki, pozulmaq üzrədir. Rəsmi Tehran Qərbin irəli sürdüyü şərtlərlə razılaşmır. Bu da öz növbəsində, Qərbin bu kimi addımları ilə müşayət olunur. Qarşıdakı müddətdə sanksiyalarla bağlı hansısa addımın atılması pronozlaşdırıla bilər. Qərb hazırda özü üçün təhlükə gördüyü məsələləri özünəməxsus şəkildə “həll etmək” niyyətindədir. Dövlət Departamentinin rəsmiləri də bəzi sərtləşmələrdən danışırlar. Proseslərin inkişafını izləmək lazımdır”.

Paylaş:
Baxılıb: 610 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30