Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İsveç PKK üzvünü Türkiyəyə ekstradisiya edib

İsveç PKK üzvünü Türkiyəyə ekstradisiya edib

03.12.2022 [13:53]

İsveç PKK terror təşkilatına üzv olmaqda təqsirli bilinən ilk şəxsi – Mahmut Tatı Türkiyəyə ekstradisiya edib.

TASS xəbər verir ki, bu barədə şənbə günü NTV telekanalı məlumat yayıb.

Bununla da İsveç Türkiyə ilə NATO-ya üzvlüklə bağlı imzalanmış və terror fəaliyyətində iştirak edən şəxslərin ekstradisiyasını nəzərdə tutan memorandumun həyata keçirilməsi istiqamətində konkret addım atıb.

Türkiyədə 6 il 10 ay həbs cəzası almış Mahmut Tat 2015-ci ildə İsveçdən sığınacaq istəsə də, rədd cavabı alıb. Bir müddət əvvəl o, İsveç polisi tərəfindən saxlanılıb. Cümə günü gecə saatlarında Mahmut Tat İstanbula gətirilib, oradan da hökmün icrası ilə bağlı prosedurların həyata keçirilməsi üçün istintaq təcridxanasına göndərilib.

İsveçin terror fəaliyyətinə görə məhkum edilmiş şəxsin Türkiyəyə ekstradisiya etməsi NATO ölkələrinin xarici işlər nazirlərinin və müvafiq iki ölkənin xarici işlər nazirlərinin Buxarestdə baş tutmuş görüşü çərçivəsində keçirilən danışıqlardan iki gün sonra reallaşıb. Danışıqların yekununda Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Ankaranın İsveçdən alyansa qoşulmaq məsələsində daha qətiyyətli münasibət və NATO-ya üzvlüklə bağlı memorandumun yerinə yetirilməsi üçün konkret addımlar gözlədiyini bildirmişdi.

Paylaş:
Baxılıb: 326 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30