Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Heydər Əliyevin 100 illiyi ilə bağlı Samuxda ağacəkmə aksiyası keçirilib

Heydər Əliyevin 100 illiyi ilə bağlı Samuxda ağacəkmə aksiyası keçirilib

01.03.2023 [13:24]

Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı ölkəmizin bütün bölgələrində silsilə tədbirlər keçirilir. Bu gün Samux rayonunda “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində ağacəkmə aksiyası keçirildi. Aksiya Samux rayon İcra Hakimiyyətinin və YAP Samux rayon  təşkilatının birgə təşkilatçılığı ilə təşkil edilmişdir.

Aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət oldu. Dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət hazırda onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Aksiyada YAP Samux rayon təşkilatının müxtəlif ərazi partiya təşkilatlarından partiya üzvləri iştirak etdilər. Samux rayon ərazisində də təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün aksiya  iştirakçıları tərəfindən Samux-Kür magistiral avtomobil yolunun kənarına  400 ədəddən artıq  həmişəyaşıl və dekorativ ağac, çinar, Eldar şamı əkildi, quruyan ağaclar yeniləri ilə əvəz edildi. Aksiyaya rayon gəncləri böyük həvəslə dəstək verirdilər. Samux Rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayevin, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramovun və rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin  aksiyada böyük həvəslə ağac əkmələri  gənc YAP üzvlərinə xüsusi stimul verirdi. YAP fəallarının  xüsusi səliqə ilə əkdiyi tinglərin dibləri bərkidildi  və suvarıldı. Əkilən yeni ağaclara hər həftə qulluq edilməsi qərara alındı.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramovun sözlərinə görə, təşkilat Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı digər tədbirlər də keçirəcək.

Paylaş:
Baxılıb: 345 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30