Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanla Litva arasında strateji tərəfdaşlıq

Azərbaycanla Litva arasında strateji tərəfdaşlıq

24.05.2023 [15:31]

Prezident İlham Əliyevin 21 may tarixdə Lirva Respublikasına rəsmi səfəri Azərbaycanın xarici əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.Bu səfər çərçivəsində bir sıra mühüm görüşlər keçirildi və vacib sənədlər imzalandı. Azərbaycan və Litva arasında ikitərəfli və çoxtərəfli siyasi əlaqələr mövcuddur.Bu gün bu əlaqələr yüksələn xətt üzrə inkişaf edir.Həm dövlət başçılarının qarşılıqlı səfərləri, həm keçirilən yüksək səviyyəli görüşlər,imzalanan sənədlər münasibətlərin daha da dərinləşməsinə əlavə impulslar verir.Məhz bunun nəticəsidir ki,indiki mürəkkəb geosiyasi şəraitdə  Azərbaycanla Litva arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur.

Son illər Azərbaycan beynəlxalq münasibətlər sistemində çox mühüm rol oynayan ölkəyə çevrilib.Prezident İlham Əliyevin apardığı xarici siyasət sayəsində dünyada mühüm missiyaya malik ölkələrlə qupulan əlaqələr ölkəmizin dünyadakı həm iqtisadi, həm siyasi gücünü hər ötən gün daha da artırmaqdadır.Yaxın tarixə kimi Azərbaycan dünyada təbii sərvətləri, təbii ehtiyatları ilə tanınıırdısa, indi bir sıra konfliktlərin həllində əsas rol oynayan dövlət  kimi dünyada böyük nüfuz qazanmaqdadır. Prezident İlham Əliyevin Litvaya səfəri də bu baxımdan böyük əhəmiyyət kəsb edir. Bildiyimiz kimi Litva öz siyasi və strateji əhəmiyyətinə görə   çox mühüm dövlətdir.Belə ki, keçmiş Sovet ölkələri arasında bütün baryerləri aşaraq həm Avropa İttifaqına, həm də NATO-ya üzv olmağı bacaran  bir ölkədir.

Bildiyimiz kimi Sovetlər dönəmində də Azərbaycanla Litva arasında yaxşı münasibətlər olub, müstəqillik qazanılmasından sonra da bu münasibətlər daha da inkişaf edən xətlə davam edib. Həmçinin Litva Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasındadır.Prezident İlham Əliyevin Litvya səfəri bu münasibətlərdə bir dönüş nöqtəsi oldu. Vilnüsdə dövlət başçılarının iştirakı ilə ətraf mühit, gənclər və hüquq-mühafizə sahələrində Azərbaycan-Litva sənədləri imzalandı, ikitərəfli müzakirələr aparıldı, biznes forumu təşkil edildi. Keçirilən biznes forumunda səslənən fikirlər də bir daha təsdiqləyir ki, ölkəmizin iqtisadi potensialı yüksəkdir, xarici investorlar üçün əlverişli mühit var. Neft-qaz sektoru ilə yanaşı, digər sahələrdə də bu imkan mövcuddur.Əminik ki, bütün bunlar ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da güclənməsinə əhəmiyyətli təsir göstərəcək.

Prezident İlham Əliyevin Litvaya səfəri həm də siyasi baxımdan əhəmiyyətlidir. Belə ki, Azərbaycan həqiqətlərinin daha mühüm platformadan- Avropa İttifaqı ölkəsinin platformasından səsləndirilməsi Azərbaycan üçün böyük bir tribuna oldu. Dövlət başçısı İlham Əliyevin Qarabağ məsələsi barədə bu tribunadan mövqeyini açıq şəkildə bildirməsi və Azərbaycanın mövqeyinin nə qədər mütəmadi, ardıcıl olduğunu ifadə etməsi Ermənistanın müdafiəsinə Avropanı qoşmağa çalışan Fransa kimi ölkələrə böyük diplomatik zərbə idi. Burada Azərbaycan bir daha  postmüharibə dövründəki sülh müqaviləsinə aparan yoldakı qətiyyətli mövqeyini ortaya qoydu və bu mövqe Litva dövləti tərəfindən də dəstəkləndi. Hesab etmək olar ki, bu səfər Azərbaycanın Avropa ictimaiyyətinə mesajlarının daha konkret çatdırılması və bu mesajların Avropa ictimaiyyəti tərəfindən daha aydın qəbul olunması üçün mühüm bir tribuna oldu.

Belə görüşlər göstərir ki, əslində Azərbaycan Avropa əməkdaşlığına nə qədər  maraqlıdırsa  və bu görüşdən nələrsə əldə edəcəksə,  Avropanın da  Azərbaycanla əməkdaşlıqdan əldə edəcəyi siyasi və iqtisadi mənfəətlər vardır.Ən azından Azərbaycan Avropanın bu gün enerji təhlükəsizliyinin təminatçısına çevrilmişdir.Tərəflər arasında münasibətlərin inkişafı bölgələr arasında münasibətlərə də təkan verir.Azərbaycan və Litva arasında münasibətlərin dərinləşməsi bir tərəfdən Qafqaz bölgəsi, digər tərəfdən Baltikyanı bölgənin təhlükəsizliyi baxımından böyük perspektivlər vəd edir. Görüş zamanı dövlət başçılarının da qeyd etdikləri kimi həm Cənubi Qafqaz, həm də Baltikyanı ölkələrin imkanlarını və potensiallarını düzgün qiymətləndirərək birləşdirmək və bundan daha uğurlu nəticələr əldə etmək mümkündür.Azərbaycanın regionda sülhün və təhlükəsizliyin qarantı rolunu təşkil etdiyini və Litvanın da öz bölgəsində NATO-nun üzvü olaraq çox ciddi hərbi və siyasi əhəmiyyətə malik olduğunu nəzərə alsaq, ümumilikdə hər iki ölkənin birgə əməkdaşlığı regionda sabitliyin və sülhün qorunmasında böyük rol oynayacaqdır.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov

Paylaş:
Baxılıb: 303 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31