“Bakı-2015”-in məşəli Bərdədən Goranboya gətirilib
15.05.2015 [10:01]
Birinci Avropa Oyunlarının məşəli mayın 14-də Bərdədən Goranboy rayonuna gətirilib.
AZƏRTAC xəbər verir ki, məşəlin qarşılanma mərasiminə minlərlə rayon sakini toplaşmışdı. Əllərində dövlət bayrağımızı, birinci Avropa Oyunlarının atributlarını əks etdirən şəkil və plakatlar tutmuş sakinlər məşəl yürüşünün iştirakçılarını alqışlarla salamlayıblar.
Məşəli Avropa Oyunlarının rəmzi qapısında rayon idmançısı Xəyal Hüseynov qəbul edib. Sonra 10 məşəlçi 4 kilometr məsafədə yürüşə başlayıb. Məşəli növbə ilə bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqış sədaları altında Ulu öndərin adını daşıyan prospekt boyunca hərəkət edərək Heydər Əliyev Mərkəzinin qarşısına gəliblər.
Dünya çempionu Yalçın Qarayev səhnəyə qalxaraq Avropa Oyunlarının məşəlini alovlandırıb. İştirakçılar Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasimini əks etdirən videoçarxı maraqla izləyiblər.
Sonra “Bakı-2015”-in çırağı yandırılıb. Rayonun gənc idmançısı, yunan-Roma güləşi üzrə yeniyetmələr arasında dünya çempionu Elnur Həsənov çırağı Oyunlar başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim edib.
Məşəl estafetinin iştirakçısı, rayon mədəniyyət və turizm şöbəsinin müdiri Gündüz Hacıyev sevinc hisslərini AZƏRTAC-ın müxbiri ilə bölüşərkən deyib: “Bu gün sevincimizin həddi-hüdudu yoxdur. Birinci Avropa Oyunlarının məşəli bizim rayona da gətirildi. Belə mötəbər bir tədbirin Azərbaycanda keçirilməsindən qürur duyuram. Heç kimin ağlına belə gəlməzdi ki, yenicə müstəqillik qazanan Azərbaycan qısa vaxt ərzində belə bir mötəbər tədbirə ev sahibliyi etsin. Ancaq möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı yorulmaz və çoxsahəli fəaliyyət nəticəsində xəyallarımız gerçəkləşdi. Təxminən bir aydan sonra Azərbaycan öz qapılarını Avropa idmançılarının üzünə açacaq. Bununla da dünya ölkələri müstəqil dövlətimizin uğurlarını daha yaxından görəcək”.
Rayon ağsaqqallar şurasının sədri Məzahir Zeynalov ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin həyəcanını belə ifadə edib: “Böyük qürur hissi keçirirəm. Bu gün ilk Avropa Oyunlarının məşəl estafeti bizim rayona da gətirildi. Ölkəmizin bu mötəbər idman yarışına ev sahibliyi etməsini Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, Prezident İlham Əliyevin müvəffəqiyyətlə davam etdirdiyi idman siyasətinin uğurlu nəticəsi kimi dəyərləndiririk. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi respublikamızın dünyada nüfuzlu idman ölkəsi kimi tanındığını bir daha sübut etdi. Buna görə goranboylular adından dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.
Goranboy rayon Abbasqulular kənd orta məktəbinin müəllimi Müşfiq Sadıqov söhbətə qoşularaq Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarını tarixi hadisə adlandırıb. O qeyd edib ki, bu qələbə ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğının əsl təntənəsidir.
Birinci Avropa Oyunlarının məşəli Goranboydan Naftalan şəhərinə yola salınıb.
Xəbər lenti
Hamısına baxSiyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54

