“Alov Qoruyanlar”
22.05.2015 [09:25]
İlk Avropa Oyunlarının keçirilməsinə sayılı günlər qalıb. Hazırda ölkəmizdə bu idman yarışına ciddi hazırlıq işləri sürətlə davam edir və demək olar ki, dünya idman tarixində mühüm hadisə olacaq ilk Avropa Oyunlarına Azərbaycan tam hazırdır. İlk Avropa Oyunlarının Bakıda təşkili Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, idman aləmində önəmli yer tutmasına şərait yaradacaq.
Sevindirici haldır ki, dünyanın diqqətini çəkən ilk Avropa Oyunlarını hazırda bütün ictimaiyyət nümayəndələri kimi gənclər, eləcə də, “Bakı-2015”in könüllüləri də səbirsizliklə gözləyirlər.
Ənənəmizə sadiq qalaraq “Yeni Azərbaycan” qəzetinin “Alov Qoruyanlar” adlı rubrikasında ilk Avropa Oyunlarında fəaliyyət göstərəcək növbəti könüllü gənclərimizi oxucularımıza təqdim edirik.
“İlk Avropa Oyunlarının Bakıda keçirilməsi böyük tarixi hadisədir və ölkəmizin böyük uğurudur”. Bunu qəzetimizə açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqogika və Psixologiya fakültəsinin tələbəsi Ayşən Osmanova deyib. O, birinci Avropa Oyunlarının, ilk növbədə, Azərbaycanda kütləvi idmanın təbliği baxımdan mühüm rol oynayacağını vurğulayıb: “Birinci Avropa Oyunları gənclərin idmana marağının artmasında da böyük rol oynayacaq. Eyni zamanda, bu Oyunların Azərbaycanda Olimpiya Oyunları səviyyəsində keçirilməsi dünyada ölkəmizin daha da tanınmasına gətirib çıxaracaq. Ölkəmizdə inşa olunmuş möhtəşəm yeni idman qurğuları gələcəkdə də Azərbaycanda insanların müstəqil şəkildə idmanla məşğul olması, idmançılarımızın təlim-məşq toplanışları və möhtəşəm yarışlar keçirmək üçün əhəmiyyətli olacaq. Eyni zamanda, bunlar Oyunlardan sonra da Azərbaycan xalqının rifahına xidmət edəcək”.
Ayşən Osmanova, həmçinin, “Bakı-2015”in könüllüləri ailəsinə qatıldığı üçün qürur hissi keçirdiyini də bildirib: “Mən çox sevinirəm ki, “Bakı-2015”in könüllüləri sırasına qatılmışam. Eşidəndə ki, bununla bağlı müsabiqə keçirilir, dərhal müsabiqələrə qatıldım və Oyunlarda ölkəmi təbliğ etmək şansı əldə etdim. Bu məni qürurlandırır, həm də sevindirir”.
“İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bir gənc kimi məni hədsiz sevindirdi”. Bunu qəzetimizə açıqlamasında Bakı Dövlət Universitetinin I kurs tələbəsi Vahid Əmirli deyib. Onun sözlərinə görə, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi böyük bir tarixi hadisədir və bu Oyunları hər bir gənc səbirsizliklə gözləyir: “Bu Oyunların ölkəmizdə keçirilməsinin əhəmiyyəti çox böyükdür. Biz gənclər bu Oyunları dəstəkləyirik və bu Oyunların ölkəmizə verə biləcəyi faydaları da yaxşı anlayırıq”.
Həmçinin, “Bakı-2015”in könüllüsü ilk Avropa Oyunları ərəfəsində bəzi dairələrin ölkəmizə qarşı “qara piar” kampaniyasına da münasibət bildirib: “Bu şər-böhtan, qarayaxma kampaniyaları ilə məşğul olanlar bu Oyunların ölkəmizə gətirə biləcəyi xeyirdən agahdırlar. Onlar yaxşı bilirlər ki, bu yarışma Azərbaycana ancaq xeyir verəcək. Ona görə də, dərhal hərəkətə keçib bu işi ləkələmək istəyirlər. Təbii ki, Azərbaycanın inkişafını istəməyən qüvvələr bu dəfə də məğlub olacaqlar. “Eurovision” musiqi yarışmasını yada salaq. O zamanlar da bu musiqi yarışmasının Azərbaycanda keçirilməsini istəməyən qüvvələr var idi. Nəticəsi nə oldu?! Azərbaycan yenə də uğura imza atdı. Bu dəfə də belə olacaq. Nə qədər çox çalışıb Avropa ölkələrinə özümüzü tanıtsaq, bu, bizim xeyrimizə olacaq”.
Vüsalə
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41

