Tarixi razılaşma, yaxud təsir əks-təsirə bərabərdir
26.11.2024 [09:09]
Berbokun Bakıda iqlim problemlərindən başqa “hər şeydən” danışması Avropanın axırıncı yolu idi
Qərbin lokal maraqlar üzərindən müstəqil siyasət kursu yürüdən ölkələrə qarşı apardığı manipulyativ oyunlar sirr deyil. Xüsusilə, Qərbin öz “monopliyası” hesab etdiyi sahələrdə təşəbbüskarlıq göstərən, kiçik dövlətlərin maraqlarını müdafiə edən, neokolonialist istismara qarşı mübarizəni formalaşdıran, nəhayət, qlobal problemlərin həllini aktiv müzakirə mövzusuna çevirən dövlətlər bu “gücün” hədəfinə çevrilir. Min bir cəhdlə bu kimi addımlara qarşı neqativ yüklənmə təşkil etməyə çalışanlar demək olar ki, bütün yollara baş vururlar - necə ki, Bakıda keçirilən COP29-a qarşı tutulan ədalətsiz və qərəzli mövqe kimi...
Berbok gərginlik yaratmağa “gəlmişdi”...
Bəli, Azərbaycanın ev sahibliyi ilə keçirilən COP29 sammitinin iqlim dəyişikliyi ilə mübarizə istiqamətində son illərin ən mühüm müzakirə masasına çevrilməsi istisnasız olaraq qəbul edilir. Bəlkə də, Qərbin “manipulyativ simasını” bu qədər aşkara çıxarması da acizlikdən, Azərbaycanın apardığı meqa iş qarşısında süst qalmasından irəli gəlir. Halbuki COP29-un müzakirə predmetləri bütövlükdə həm dünyanı, həm də Avropanı yaxından maraqlandıran, təmiz gələcək üçün səfərbərlik sayılası məsələlər idi. COP29-da iqlim məsələlərinə dair qlobal razılığa gəlmək üçün beynəlxalq səylər üstünlük təşkil etsə də, bəzi Qərb nümayəndələrinin siyasi gündəmləri fərqli aspektləri ilə diqqət çəkdi. Xüsusilə, Almaniyanın xarici işlər naziri Annalena Berbokun Azərbaycanla bağlı aidiyyatsız və əsassız insan haqları mövzusunda çıxışı və müxalifət fəalları ilə görüşlər keçirməsi, sammitin əsas məqsədindən kənar fəaliyyətlər idi. Berbokun COP29 müzakirələrinin sonuncu günündə iqlim məsələləri yerinə, gərginlik yaradan açıqlamalar səsləndirməsi, Qərbin iqlim samitini siyasiləşdirmək cəhdlərinin açıq nümunəsi oldu. Bu cür yanaşmalar isə Qərb dövlətlərinin özlərinin iqlim öhdəliklərindən yayınmaq üçün diqqəti başqa mövzulara yönəltmək istəyini göstərir. Ənənəvi olaraq, inkişaf etmiş ölkələr iqlim dəyişikliyi ilə bağlı yüksək maliyyə öhdəliklərindən qaçmaq üçün bu tip mövzuları tez-tez gündəmə gətirirlər.
Qərb aciz qaldı - 300 milyardlıq hədəf təsdiqləndi...
Nəticədə bütün bu səmərəsiz manevrlər heç bir işə yaramadı - COP29 çərçivəsində əldə olunan razılaşma tarixi əhəmiyyət daşıyır. Beynəlxalq ictimaiyyətin təzyiqləri nəticəsində, Qərb dövlətləri güzəştə getməyə məcbur oldular. Bununla yanaşı, inkişaf etməkdə olan ölkələr də kompromisə getdi. Bu razılaşma Bakıda, Azərbaycanın fəal iştirakı və balanslaşdırılmış mövqeyi sayəsində əldə edildi. Bu məqam iqlim dəyişikliyi ilə mübarizədə həmrəylik və əməkdaşlıq üçün yeni bir dövrün başlanğıcıdır. Bakı sammiti, fərqli mövqelərin tarazlaşdırılaraq ümumi məxrəcəgəlmə potensialını nümayiş etdirdi.
İstisnasız olaraq COP29-un ən əlamətdar nailiyyətlərindən biri, iqlim dəyişikliyi ilə mübarizə üçün 300 milyard dollar maliyyə hədəfinin təsdiq edilməsidir. Bu məbləğ, inkişaf etməkdə olan ölkələrin yaşıl enerji keçidi və dayanıqlı infrastruktur quruculuğunda əhəmiyyətli rol oynayacaq.
Bu tarixi razılaşma, yalnız hazırkı dövr üçün deyil, həm də qarşıdakı illər üçün möhkəm zəmin yaradır. Sammit iştirakçılarının qarşıdan gələn dövrdə bu hədəfi daha da artırmaq üçün göstərdiyi iradə, qlobal əməkdaşlığın gücünü əks etdirir.
Mühüm hədəflər üçün ilkin addım...
Bəli, bütün maneələrə və “siyasi oyunlara” baxmayaraq, COP29 yüksək nəticələri ilə yadda qaldı. Tədbir, yalnız təşkilati uğurlar baxımından deyil, həm də iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi töhfələrlə tarixə düşdü. Azərbaycanın COP29 vasitəsilə qlobal iqlim müzakirələrində aktiv rol oynamaq niyyəti, onun regional və qlobal liderlik potensialını bir daha təsdiqlədi. COP29 sammiti Azərbaycanın beynəlxalq səhnədəki nüfuzunun növbəti əyani sübutuna çevrildi- siyasi manipulyasiyalara baxmayaraq, iqlim dəyişikliyi ilə mübarizədə göstərilən bu qətiyyət və birlik mühüm hədəflər üçün ilkin addıma çevrildi.
Berbokun COP29 müzakirələrinin sonuncu günündə iqlim məsələləri yerinə gərginlik yaradan açıqlamalar səsləndirməsi, Qərbin iqlim sammitini siyasiləşdirmək cəhdlərinin açıq nümunəsi oldu.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxAnalitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17

