Qubadlı rayon İcra Hakimiyyətində 9 ayın yekunlarına həsr edilən toplantı keçirilib
17.10.2012 [23:38]
Cari ilin 9 ayı ərzində işğal altında olan Qubadlı rayonunun məcburi köçkün əhalisinin kommunal-mənzil, təhsil, səhiyyə, sosial və digər problemlərinin həlli istiqamətində mühüm işlər görüldüyünü söyləyən İH başçısı deyib ki, rayonun 31 inzibati ərazi dairəsində birləşən 34 min 823 nəfər əhalisinin 22 min 33 nəfəri Sumqayıt şəhərində, 9 min 884 nəfəri Bakı şəhərində, 2906 nəfəri isə respublikanın 42 müxtəlif şəhər və rayonlarında məskunlaşıb. Rayon İcra Hakimiyyəti və rayonun yerli strukturları müvafiq dövlət orqanları ilə birlikdə ilk növbədə köçkünlərin kommunal-mənzil şəraitinin yaxşılaşdırılması, üzləşdikləri kommunal problemlərin aradan qaldırılması istiqamətində iş davam etdirilib.
83 məcburi köçkün ailəsinin məskunlaşdığı “Şəfa” sanatoriyasında mənzillərin kommunal şəraiti əsaslı təmir hesabına yaxşılaşdırılıb. Su, qaz, elektrik xətləri və kanalizasiya sistemi təmir edilib. Dövlət Neft Şirkətinin köməyi ilə binada hər cür şəraiti olan 500 yerlik mərasim zalı istifadəyə verilib.
İnşaatçılar və Kimyaçılar qəsəbəsində 5 məcburi köçkün ailəsinin məskunlaşdığı mənzillərdə döşəmələr əsaslı təmir edilib, 47-ci məhəllədə 120 kvadratmetr dam örtüyü dəyişdirilib. Sumqayıt şəhərinin 26-cı məhəlləsində yerləşən 50 məcburi köçkün ailəsinin məskunlaşdığı Bərpa xəstəxanasının yarımçıq binasının 562 kvadratmetr sahəsi olan dam örtüyü yenisi ilə əvəz edilib.
Köçkünlərə mənzillərinin təmiri ilə bağlı tikinti materialları ilə də köməklik göstərilib. Onlara Dəmiryol vağzalında, 7 saylı uşaq bağçasında, Stalçay qəsəbəsində, Beton zavod, Sarıqaya massivində və Kimyaçılar qəsəbəsində yaşayan 6 ailə aiddir. Həmin ailələrə 65 ədəd şifer, 4 kvadratmetr lambir, 12 kvadratmetr kafel, 4 kvadratmetr metlax, 300 ədəd mişar daşı, 20 kisə sement verilib.
Dəmir yol vağzalının 3-cü mərtəbəsində sıradan çıxmış kanalizasiya xəttinin 40 metr hissəsi, İnşaatçılar qəsəbəsindəki 1 saylı Peşə Liseyinin inzibati binasında məskunlaşan köçkünlərin istifadə etdiyi içməli magistral su xəttinin 90 metr hissəsi yenisi ilə əvəz edilib.
Qeyd olunub ki, Rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən cari ildə 237 ailəyə ünvanlı sosial yardım təyin edilib. Ümumilikdə, rayon üzrə ünvanlı sosial yardım alan ailələrin sayı 297-dir. 2012-ci ilin ötən dövrü ərzində 196 nəfər işlə təmin edilib. Regionların İnkişafı Dövlət Proqramının qəbulundan ötən dövr ərzində isə 2501 yeni iş yeri açılıb.
Dövlət tərəfindən şəhid ailələrinə, əlillərə, bütün kateqoriyadan olan pensiyaçılara verilən pensiya və müavinətlər, köçkün statuslu vətəndaşlara verilən yemək xərcləri hər ay öz vaxtında ödənilib, cari ilin 9 ayında şəhid ailələrinə 17 min 145 manatlıq humanitar yardım göstərilib. İH başçısı deyib ki, bu ilin 9 ayı ərzində Rayon İcra Hakimiyyətinə 239 müraciət daxil olub və müraciətlərə qanunun və təlimatın tələblərinə uyğun baxılaraq 192-si müsbət həll edilib, 47-nə müvafiq izahat verilib.
Daha sonra edilən çıxışlarda bildirilib ki, Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatı görülən işlərdə aktivlik nümayiş etdirib. Qeyd olunub ki, Qubadlı əhalisi hər zaman Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin apardığı siyasi kursu dəstəkləyir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxHərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53

