Müsavat üzvü bəyanat verərək partiyanın sıralarını tərk edib
20.10.2012 [18:49]
Eyni zamanda, hər zaman dağıdıcı yanaşması ilə Azərbaycanın əldə etdiyi uğurlara kölgə salmağa çalışan radikal müxalifət kəsimi isə milli maraqlara zidd fəaliyyətinə görə xalqımızın qınaq obyektinə çevrilir. Kimsəyə sirr deyil ki, Azərbaycanın uğurlarını gözü götürməyən, dövlətimizin imicinə zərbə vurmaq üçün fürsət axtaran radikal düşərgə birmənalı şəkildə xalq tərəfindən etiraz və etinasızlıqla qarşılanır. Bunun ən bariz nümunəsi isə ölkəmizdə keçirilən seçkilərdə xalqımızın radikal düşərgəyə göstərdiyi etimadsızlıqdır.
Onu da qeyd edək ki, şəxsi maraqları çərçivəsində ölkəmizdə gedən inkişaf prosesinə kölgə salmağa çalışan, amma hər zaman cəhdləri fiaskoya uğrayan radikal müxalifət partiyalarının rəhbərinin artıq nə cəmiyyətdə, nə də təmsil etdiyi siyasi təşkilat daxilində heç bir dayağı, nüfuzu yoxdur. Şəxsi mənafeləri naminə müxtəlif çirkin oyunlara baş vuran, hər zaman milli mənafeyə zidd korporativ maraqlarını əsas tutan bu şəxslər həqiqəti cəmiyyətdən gizlətmək, onu aldatmaq imkanına malik deyillər. Məhz buna görə də, onlara qarşı ilk çıxanlar elə öz partiyalarının sıravi üzvləri olur. Əslində, bu, tamamilə başadüşüləndir.
Çünki radikal müxalifət partiyalarının sıravi üzvləri artıq 19 il siyasi səhnədə heç nəyə nail ola bilməyənlərə, son nəticədə isə məğlub olduğunu etiraf etməyə belə cürəti çatmayanlara, partiya rəhbəri postuna öz şəxsi vəzifəsi kimi baxanlara, siyasi prosesləri yalnız öz maraqları müstəvisində qiymətləndirənlərə qarşı heç də loyallıq göstərmək istəmirlər. Artıq onlar da dərk edirlər ki, müxalifət partiyalarının rəhbərlərinin yalanları yalnız öz kreslolarını qorumağa hesablanıb. Bir sözlə, radikal müxalifət partiyalarının rəhbərlərinin iç üzü meydana çıxdıqca bu partiyaların üzvləri də həmin siyasi qurumları tərk edirlər.
Yeri gəlmişkən, Müsavat Partiyasının üzvü İmanov Süleyman Məhərrəm oğlu da bu partiyanın sıralarını tərk etməsi ilə bağlı bəyanat verib. Əslən Cəbrayıl rayonundan olan, Binəqədi rayonu Binəqədi qəsəbəsində yaşayan S.İmanov ölkə Prezidenti İlham Əliyevin apardığı siyasi kursu birmənalı şəkildə dəstəklədiyini qeyd edərək bildirir ki, xalqımızın qəhrəman oğlu Ramil Səfərovun zindandan azad olunması istiqamətində dövlətimizin, ölkə Prezidenti İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir və dövlət başçısına öz təşəkkürünü bildirir.
S.İmanov bəyanatında Müsavat Partiyasının üzvlüyündən imtina etdiyini və Yeni Azərbaycan Partiyasının üzvü olmaq istədiyini bildirir.
Göründüyü kimi, artıq radikal müxalifət partiyalarının üzvləri bu siyasi təşkilatların Azərbaycan dövlətinin milli maraqlarına zidd olan siyasəti ilə barışmadığını əyani şəkildə nümayiş etdirirlər. Bu və bunun kimi faktlar isə vətəndaşlarımızın dövlətimizin inkişafını arzuladıqlarını və bu inkişafa kölgə salmaq üçün bir sıra fərqli maraqlara xidmət göstərən siyasi partiyaların fəaliyyətini bəyənmədiklərini, ondan imtina etdiklərini bir daha təsdiqləyir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

