/ / Məktəblilər arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş inşa müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Məktəblilər arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş inşa müsabiqəsinin qalibləri mükafatlandırılıblar
07.05.2014 [10:05]
Məktəblilər arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş inşa müsabiqəsinə yekun vurulub.
Mayın 6-da “Gülüstan” Sarayında müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.
Dövlət qurumları nümayəndələrinin, Milli Məclisin deputatlarının, tanınmış alimlərin, ali məktəb rektorlarının, təhsil işçilərinin, məktəblilərin iştirak etdikləri tədbirdə təhsil naziri Mikayıl Cabbarov müasir dövlətçiliyimizin qurucusu, Ümummilli lider Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı müstəsna tarixi xidmətlərindən danışıb.
Nazir vurğulayıb ki, dahi rəhbər Heydər Əliyevin şərəfli ömür yolu doğma Vətənə və xalqa xidmətin parlaq nümunəsidir. Misilsiz idarəetmə istedadına malik olan Ümummilli liderimiz Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə quruculuğun, sosial-iqtisadi inkişafın, ictimai-siyasi sabitliyin, dövlətçiliyin təminatçısı olub, ən ağır məqamlarda Azərbaycanın mənafeyi naminə xilaskarlıq missiyasını yerinə yetirib.
Ulu öndər Heydər Əliyevin təhsilə daim xüsusi önəm verdiyini xatırladan M.Cabbarov dahi rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırıb.
Nazir ölkəmizdə təhsilin inkişafı üçün reallaşdırılan proqram və tədbirlərdən danışıb. Qeyd olunub ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində indiyədək 2600-dən çox azərbaycanlı gənc dünyanın nüfuzlu universitetlərində təhsil almağa göndərilib.
M.Cabbarov bildirib ki, ümumtəhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətini vurğulayan nazir deyib ki, Strategiya təhsil sahəsində qarşıdakı illərdə aparılacaq islahatların əsas strateji istiqamətlərini və hədəflərini müəyyənləşdirir.
Eyni zamanda, məlumat verilib ki, Heydər Əliyev Fondunun, Yeni Azərbaycan Partiyasının, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri, ilk peşə ixtisas və orta ixtisas təhsili müəssisələrinin şagirdləri iştirak ediblər.
Üç yüz min nəfərin qatıldığı inşa müsabiqəsi üç mərhələdə təşkil olunub. Müsabiqənin respublika mərhələsində 119 nəfər iştirak edib. Məktəblilər bütün nəsillərə örnək olan böyük tarixi şəxsiyyət Heydər Əliyev haqqında öz fikir və düşüncələrini səmimi hisslərlə, həm də Ulu öndərə dərin hörmət və sonsuz ehtiram duyğuları ilə ifadə ediblər.
İnşa yazılarının qiymətləndirilməsi nəticəsində 8 nəfər birinci, 7 nəfər ikinci, 11 nəfər üçüncü yerləri tutub. Həmçinin 65 nəfər həvəsləndirici mükafata layiq görülüb. Müsabiqədə uğur qazanan 91 nəfərin inşa yazısı “Heydər Əliyev məktəblilərin gözü ilə” kitabında dərc edilib.
Mərasimdə çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov vurğulayıb ki, xalqımız hər il Ulu öndər, müasir Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin doğum gününü böyük məhəbbətlə qeyd etməklə dahi şəxsiyyətə öz dərin hörmət və sonsuz sevgisini ifadə edir. Əslində bu, xalqımızın Ulu öndər Heydər Əliyevin doğma Vətən və millət qarşısındakı misilsiz xidmətlərinə verdiyi qiymətin ifadəsidir.
Ümummilli lider Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışan Baş nazirin müavini müdrik rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirib, ölkəmizin sürətlə inkişaf etdiyini söyləyib.
Müsabiqə barədə fikirlərini bildirən Ə.Əhmədov deyib ki, Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan bilik yarışında, inşa müsabiqəsində Azərbaycan məktəblilərinin, gənclərinin sonsuz həvəslə iştirak etmələri çox böyük əhəmiyyət kəsb edir.
Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın salamını tədbir iştirakçılarına çatdırıb.
İ.Mustafayev Heydər Əliyev Fondunun Ulu öndərin irsinin dərindən öyrənilməsi üçün reallaşdırdığı layihələrin və digər tədbirlərin əhəmiyyətindən bəhs edib.
Eyni zamanda, Fondun təşəbbüsü ilə təhsillə bağlı mühüm proqram və layihələrin həyata keçirildiyi diqqətə çatdırılıb.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev Ümummilli lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, əbədiyaşar ideyalarının əhəmiyyətindən danışıblar.
Dahi rəhbər Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan natiqlər ölkəmizdə iqtisadiyyat, elm, təhsil, mədəniyyət və digər sahələrdə qazanılan nailiyyətlərdən bəhs ediblər.
Çıxış edənlər müsabiqənin qaliblərini təbrik edib, onlara təhsildə uğurlar arzulayıblar.
Sonra müsabiqənin qaliblərinə diplomlar və digər mükafatlar təqdim olunub.
Tədbirdə Baş nazirin müavini Elçin Əfəndiyev iştirak edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

