Milli Məclis 2013-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi qəbul edib
17.05.2014 [11:08]
Millət vəkilləri Türkiyədə kömür mədənində baş vermiş qəza nəticəsində həlak olan insanların xatirəsini yad ediblər
Dünən Milli Məclisin növbəti iclası keçirilib. İclasda əvvəlcə Türkiyənin Manisa vilayətinin Soma rayonundakı kömür mədənində baş vermiş qəza nəticəsində həlak olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra gündəlikdə duran “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə baxılıb. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, 2013-cü ildə Azərbaycanda bütün iqtisadi parametrlər müsbət istiqamətdə dəyişib. Onun sözlərinə görə, ötənilki dövlət büdcəsinin icrası son on il ərzində ölkə iqtisadiyyatında baş verən dəyişikliklərin xarakteristikasını, iqtisadiyyatda yeni mərhələnin başlanmasını aydın şəkildə göstərir. Z.Səmədzadə deyib ki, qanun layihəsi Maliyyə Nazirliyi ilə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvləri tərəfindən birgə işlənilib, nazirliyin bütün tövsiyələri nəzərə alınıb.
Z.Səmədzadə bildirib ki, son 5 il ərzində ölkə iqtisadiyyatına 80 milyard dollar investisiya yatırılıb: “Bu gün Azərbaycanda ümumi daxili məhsulun həcmi 73 milyard dollardır. Ölkədə adambaşına düşən illik gəlir 7,8 min manat təşkil edir ki, nəticədə Azərbaycan MDB ölkələri arasında Rusiya və Qazaxıstanla birgə ilk sıraları tutur. Bu gün bunu dünyanın ən tanınmış reytinq agentlikləri də təsdiqləyir. Bir neçə ildən sonra ÜDM-nin həcminin 100 milyard manat olacağı gözlənilir”.
Komitə sədri deyib ki, bu gün Azərbaycanın sabit maliyyə bazası var: “Bu da ölkənin valyuta ehtiyatlarını formalaşdırıb. Azərbaycanın qeyri-neft və qaz sektoru 56,5 faiz təmin edilib və tam icra olunub. Ölkənin dövlət borcu son bir ildə 9 faiz azalıb”.
Z.Səmədzadə vurğulayıb ki, bütün dünya ölkələrində kölgə iqtisadiyyatı var: “Bu gün Azərbaycanda da bununla mütəmadi mübarizə aparılır. Bu mübarizə öz töhfələrini verib və bu da öz növbəsində vergi gəlirlərini, büdcəyə daxilolmaları artırıb”.
Onun sözlərinə görə, 2014-2018-ci illərdə də sahibkarlığın və regionların inkişafına dəstəklə bağlı Dövlət proqramları icra olunacaq: “Ölkədə aparılan satınalmalar sahəsində də irəliləyişlər var. Bu sahədə 114 mln. manat qənaət edilib. Bir faiz qənaət olunması dövlət büdcəsinə 70 milyon manat ödəniş edilməsinə gətirir”.
Z.Səmədzadə regionlarda həyata keçirilən iqtisadi layihələr, açılan yeni iş yerlərindən də danışıb: “Azərbaycan regionlarında qaynar həyat hökm sürür. Bölgələrdə aqrar sektorun, sənayenin inkişafına yönələn proqramlar həyata keçirilib. Heç bir dövlət borc almadan yaşaya bilməz. Biz o borcları innovasiyalı inkişaf naminə alırıq. Borc artırsa, ÜDM-in həcmi ona nisbətdə daha çox artır. Bu gün dünyada 100-dən artıq ölkə var ki, borc içindədir. Cəmi 5-6 ölkə var ki, az borcu olan ölkələr sırasındadır. Azərbaycan da son illər ərzində çalışır ki, bu ölkələr sırasında yer tutsun”.
“Dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına olan 6,9 milyard manata 1165 layihə icra edilib. Bunlardan 78,3 faizi keçid layihələrin, yəni başlanmış layihələrin sona çatdırılmasına yönəlib”. Bu fikirləri isə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxışı zamanı deyib. V.Gülməmmədov bildirib ki, 2013-cü il dövlət büdcəsinin icrası Azərbaycanın iqtisadi inkişafı ilə müşahidə olunub. Onun sözlərinə görə, Hesablama Palatası tərəfindən hazırlanan rəy dövlət büdcəsinin gəlir və xərcləri üzrə təhlilləri əks etdirir.
“Ötən il ölkə Prezidentinin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə 5,8 faiz real inkişaf tempinə nail olunub, adambaşına düşən ÜDM təxminən 8 min dollara yaxın olub. Qeyri-neft sektoru üzrə 10 faiz artım baş verib. Azərbaycanın iqtisadi inkişaf tempində sabitlik əldə olunub” - deyə, Hesablama Palatasının sədri qeyd edib.
Maliyyə naziri Samir Şərifov isə çıxışında ötən ilin dövlət büdcəsinin icrası haqqında ətraflı məlumat verib. S.Şərifov 2013-cü il dövlət büdcəsinin mədaxilinin 101,8 faiz, xərclərinin isə 96,4 faiz yerinə yetirildiyini vurğulayıb. Nazir bildirib ki, bu dövrdə dövlət büdcəsinin gəlirləri 19159 milyon manat proqnoza qarşı 19496,3 milyon manat, yəni 101,8 faiz icra olunub.
“Bu da ötən ilin icra göstəricisinə nisbətən 12,8 faiz çoxdur. ÜDM-də dövlət büdcəsi gəlirlərinin xüsusi çəkisi 33,8 faiz təşkil edib və bu da ötən ilin müvafiq göstəricisindən 2,2 faiz çoxdur. ÜDM-in həcmində 5,8 faiz, qeyri-neft sektorunda isə 10 faiz artım qeydə alınıb”.
S.Şərifov onu da vurğulayıb ki, 2013-cü ildə əhalinin orta aylıq əməkhaqqı 6,2 faiz artaraq 423 manata, gəlirləri 6,6 faiz artaraq 4 min manata çatıb. Ölkənin strateji valyuta ehtiyatlarının həcmi 4,1 milyard dollar artaraq 50 milyard dolları ötüb.
Müzakirələrdən sonra qanun layihəsi qəbul olunub
Deputatlar, həmçinin, iclasda Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “Dövlət rüsumu haqqında”, “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına qızıl medalı”nın təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunlara dəyişikliklər ediblər.
Eyni zamanda, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında”, “Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında” qanunların ləğv edilməsi barədə layihələr qəbul olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
Gündəm
17 Aprel 11:24
Gündəm
17 Aprel 11:22
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10

