Azərbaycanlı ruhu, yaxud ön cəbhədəki toqquşmaya qısa sözardı
06.08.2014 [09:49]
Biz ruhu görmürük, ona əlimizlə toxuna bilmirik, heç mənəviyyatı da görmürük, ona da toxuna bilmirik. Heç kəs bizə mənəviyyatın şəklini çəkib göstərə bilməyib, heç ruhun da şəklini görməmişik. Ruh da, mənəviyyat da bizim görmə, toxunma, eşitmə duyğularımızdan kənardadır. Amma hər birimiz mənəviyyatı hiss edirik, ruhu da hiss edirik, hətta bəzən o qədər yaxından və aydın hiss edirik ki, sanki əlimizlə toxunacaq, gözlərimizlə görəcək qədər hiss edirik.
Azərbaycanlı ruhunu və azərbaycanlı mənəviyyatını hiss etdiyim, rəsmini, özünü gördüyüm, nəfəsini, ətrini duyduğum belə məqamlardan biri, məhz bu günlərdə oldu. Uzun sürən nisbi sakitlikdən sonra atəşkəs pozuldu və ön cəbhədən, məhz təsvir etdiyimiz ruhu - milli kimliyimizin, milli mənəviyyatımızın ruhunu oxşayan, onu sakitləşdirən, ona həb kimi gələn xəbərlər eşitdik. Azərbaycan əsgərinin şücaətini, döyüşkənliyini və ordumuzun uğurlarını eşitdik. Bu, sanki qan yaddaşımızı, ruhumuzu yerindən oynatdı, ruhumuzda bir zəlzələ yaratdı və mən dərk etdim ki, tarixdən gələn savaşçı ruhumuz hər bir azərbaycanlının içərisində dimdik ayaqdadır, bir an da olsun gözünü qırpıb mürgüləməyib..!
Bu hadisələr Azərbaycan cəmiyyətini təşkil edən hər bir fərddə maraqlı bir ovqat yaratdı. Mən bir daha bir sosioloq kimi azərbaycanlı sosial identikliyinə inandığım qədər azərbaycanlı mənəviyyatına, ümumi azərbaycanlı milli ruhuna da inandım. Əminəm ki, bu mənəviyyat, bu ruh bizə qələbə gətirəcəkdir.
Ümumiyyətlə, hər bir xalqın milli gücünü qiymətləndirərkən onu kəmiyyət və keyfiyyət komponentlərinə bölürlər. Əgər milli gücün kəmiyyət komponentləri içərisində dövlətin yerləşdiyi ərazi, yeraltı və yerüstü sərvətlər, ölkənin sənayeləşmə dərəcəsi, milli iqtisadiyyat və əhali faktoru yer alırsa, milli gücün keyfiyyət ünsürləri içərisində milli mənəviyyat, milli ruh, milli mentalitet və milli diplomatiya yer alır.
Nəzəri baxımdan, hər bir xalqda milli mənəviyyatın qopması hadisəsi baş verə bilir. Əslində, müharibələrin, döyüşlərin, xalqların taleyini də müəyyənləşdirən milli gücün digər komponentləri, kəmiyyət və keyfiyyət ünsürləri deyil, məhz milli mənəviyyatdır. Hər hansı bir döyüşdə bir millət, xalq məğlub ola, bir döyüş uduzula bilər. Ancaq o keçicidir, o vaxta qədər ki, siz milli mənəviyyatınızı, milli ruhunuzu itirməmisiniz və mənəviyyat etibarilə deqradasiyaya uğramamısınız. Bunlar baş verməyibsə, deməli, siz bütün gücünüzü, milli gücünüzün digər kəmiyyət və keyfiyyət komponentlərini yenidən bərpa edəcəksiniz, qazanacaqsınız, yenidən qalib olacaqsınız.
Son günlərdə baş verən hadisələrdə mən bir daha dərk etdim ki, azərbaycanlı mənəviyyatı və ruhu sınmayıb. Biz Qarabağ döyüşlərini uduzdurulsaq da, mənən, mənəviyyat etibarilə uduzmamışıq. Biz qalibik. Bu ruh qisas üçün, öz torpaqlarını qaytarmaq üçün alışıb yanır və əminəm ki, bu mənəvi güc, milli ruh bu torpaqları bizə qaytaracaqdır.
Qeyd etdiyimiz kimi, milli gücün başqa bir keyfiyyət ünsürü milli diplomatiyadır. Son dövrlərdə, son bir il içərisində çox sıx bağlı olduğumuz regionda, postsovet məkanında baş verən hadisələr sübut etdi ki, milli gücün beyni adlandırılan milli diplomatiya Azərbaycanda sözün həqiqi mənasında Azərbaycan xalqının milli gücünün beyni olmağa layiqdir. Son bir neçə ildə Azərbaycan diplomatiyasının, Azərbaycan xarici siyasətinin baş verən olduqca ziddiyyətli, proqnozlaşdırılması çətin olan hadisələr zamanı sərgilədiyi mövqe, xarici siyasət manevrləri, xarici siyasət strategiyası sübut etdi ki, doğrudan da Azərbaycanda, məhz milli gücü təmsil edən, milli beyni təmsil etməyə layiq olan Azərbaycan diplomatiyası var. Bu diplomatiya Azərbaycana xeyli dividendlər gətirdi. Ən mürəkkəb şəraitdə, heç bir şəkildə Azərbaycanın lehinə olmayan kimi görünən məsələlərdə belə Azərbaycan diplomatiyası bütün hallarda həmin hadisələrdən ölkəmizin lehinə faydalanmağı bacardı. Bu, Azərbaycan diplomatiyasının qələbəsidir, uğurudur, nailiyyətidir.
Bu günlərdə ön cəbhədə baş verən hadisələr bir daha milli mənəviyyatımızın və milli ruhumuzun lakmus kağızı oldu. Gördük ki, azərbaycanlı mənəviyyatı, azərbaycanlı ruhu güclüdür və o qalib gələcəkdir.
P.S. Bir gün əvvəl təsadüfən şəhərdə çoxdan görmədiyim bir tanışımla rastlaşdım. Hər halda mənim jurnalist olduğumu, informasiya içərisində olduğumu və hadisələrə bir addım yaxın olduğumu düşünərək məndən soruşdu ki, cəbhədə 12 şəhid verdik, bu hadisələrin axırı necə olacaq, necə düşünürsən? Mən əlbəttə ki, yuxarıda qeyd etdiyim məsələlərlə bağlı bəzi məqamları tanışıma izah etməyə başladım. Sonda sözarası ağzımdan çıxdı ki, ermənilər 51 nəfər itki veriblər. Bu sözü eşidəndə tanışım udqundu, bir dəqiqə donub qaldı və birdən onun gözlərindən yaş axmağa başladı. Bu hadisə o qədər təsirli oldu ki, mənim də gözlərimdən yaş axmağa başladı və biz elə küçənin ortasındaca bir-birimizə sarıldıq. Bu, qələbəyə təşnə, sevincə təşnə azərbaycanlı ruhunun emosional təzahürü idi...
Bax milli ruhun, milli mənəviyyatın ayaqda olması budur. Düşməndən qisas almaq üçün ürəyin yanması, Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcək, Dağlıq Qarabağı və ətraf rayonları qaytaracaq güc budur. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımızın dediyi kimi, tarixi Azərbaycan torpaqlarını, Göyçəni, Zəngəzuru qaytaracaq güc də budur. Bu gücün adı Azərbaycan mənəviyyatıdır, azərbaycanlı ruhudur.
Hikmət Babaoğlu
Xəbər lenti
Hamısına baxGündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25

