/ / Naqif Həmzəyev: Partiyamızın qurultayında dövlətimiz və xalqımızın gələcəyi naminə tarixi bir qərar qəbul olundu
Naqif Həmzəyev: Partiyamızın qurultayında dövlətimiz və xalqımızın gələcəyi naminə tarixi bir qərar qəbul olundu
10.02.2018 [00:58]
“Yeni Azərbaycan Partiyasının (YAP) VI Qurultayı yüksək səviyyədə keçirildi. Partiyamızın ali toplantısında dövlətimiz və xalqımızın gələcəyi naminə tarixi bir qərar qəbul olundu. Qurultayda aprelin 11-də keçiriləcək prezident seçkisində partiyamızın Sədri, cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi çox mühüm bir qərardır”. Bu fikirləri YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
N.Həmzəyev bildirib ki, bu gün dünyada sabitlik diyarı kimi tanınan Azərbaycan uğurları ilə beynəlxalq aləmin diqqətini cəlb edir. Ölkənin güclü və qüdrətli iqtisadiyyatı sayəsində yaxın keçmişdə bizim üçün əlçatmaz görünən arzular reallığa çevrilir, Azərbaycan müasir dünyanın tələblərinə cavab verən yüksək inkişaf etmiş bir dövlətə çevrilir. Onun sözlərinə görə, bütün bunlar ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu siyasi xəttinin nəticəsidir. Dünyanın siyasi çəkisində nüfuz sahibi olan ölkələrin Azərbaycana artan marağı fonunda Prezident İlham Əliyevin adı ətrafında dünya miqyasında qəbul edilən bir siyasətci imicinin formalaşması da artıq sübuta ehtiyacı olmayan bir aksiomdur.
“Azərbaycanın Cənubi Qafqazın qüdrətli dövləti kimi mövqelərini daha da möhkəmləndirməsi, cənab Prezidentin adı ilə birbaşa bağlı olan və ölkəmizin inkişafına xidmət edən bu nailiyyətlər Gəncə sakinlərində də böyük qürur hissi yaradır, onların daha səylə çalışmalarına stimul verir. Onlar Ümummilli lider Heydər Əliyev siyasətinin Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin dinamik inkişafının davamlılığını təmin etmək üçün üzərlərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirməyə çalışırlar. Təkcə onu qeyd etmək yerinə düşər ki, ölkə başçısının sahibkarlıq fəaliyyəti ilə bağlı imzaladığı Fərman və sərəncamlar Nizami yurdunda sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaradıb. Bunun nəticəsidir ki, 2017-ci ildə Gəncə şəhərinə ümumi dəyəri 338 milyon 700 min manat investisiya qoyulub. 2018-ci ildə isə bu rəqəmin 1,8 dəfə artması gözlənilir. Ölkəmizdə özəl sektora göstərilən dövlət qayğısından bəhrələnən 14 sahibkarlıq subyekti tərəfindən 20-yə yaxın xarici ölkəyə 183 milyondan çox rəqabətqabiliyyətli məhsul ixrac olunub və özəl sektorun ümumi daxili məhsuldakı payı artaraq 81,0 faizə çatıb.
Gəncəlilər yaxşı bilirlər ki, Azərbaycan Silahlı Qüvvələrinin daha da modernləşməsi istiqamətində aparılan işlər, demokratik dəyərlərin cəmiyyətdə öz yerini möhkəmləndirməsi, respublikamızın mədəni yüksəlişi də Prezident İlham Əliyevin ölkəyə layiqli rəhbərliyinin nümunəsidir.
Ölkəmiz növbədənkənar prezident seçkiləri ərəfəsindədir. Bu gün gündəmin əsas mövzusu seçki məsələsidir. Tam əminliklə söyləmək olar ki, Azərbaycan xalqı 11 aprel tarixində - seçki günündə Prezident İlham Əliyevi dəstəkləyəcək və həmişə xalqının yanında olan liderinə səs verəcək”, - deyə N.Həmzəyev qeyd edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

