Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyənin hava limanlarında sərnişin axını 236 milyon nəfəri ötəcək

Türkiyənin hava limanlarında sərnişin axını 236 milyon nəfəri ötəcək

17.06.2024 [14:06]

Bu ilin sonuna qədər Türkiyənin hava limanlarında sərnişin axını 236,5 milyon nəfər səviyyədə proqnozlaşdırılır. 

Bu barədə məlumatı Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin yanında Dövlət Hava Limanları Baş İdarəsi (DHMİ) yayıb. 

DHMİ-nin hesablamalarına görə, cari ildə hava nəqliyyatında sərnişin axını 2022-ci ilin göstəricisi ilə müqayisədə (214,2 milyon nəfər) 10,4 faiz artacaq, 2025-ci ildə isə 250 milyon insan həddinə yaxınlaşacaq. 

“2024-cü ildə daxili uçuşlara marağın artması hesabına sərnişin axınının artımına nail olunacaq. 2023-cü ildə daxili reyslərə 122 milyon 950 min 966 bilet alınmışdısa, bu il 9,1 faiz artıq - 134,2 milyon bilet satılıb”, - deyə İdarədən bildirilib.

Paylaş:
Baxılıb: 768 dəfə

Xəbər lenti

Hamısına bax

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30