Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / “Meta” əməkdaşlarını pulsuz yemək kuponlarından sui-istifadə etdikləri üçün işdən çıxarıb

“Meta” əməkdaşlarını pulsuz yemək kuponlarından sui-istifadə etdikləri üçün işdən çıxarıb

17.10.2024 [17:13]

“Meta” şirkəti Los-Ancelesdəki ofislərində 24 əməkdaşını diş pastası, yuyucu vasitə və çay almaq üçün 25 dollarlıq yemək kuponlarından istifadə etdiklərinə görə işdən çıxarıb.

AZƏRTAC xəbər verir ki, bazar dəyəri 1,48 trilyon ABŞ dolları olan “Meta” şirkəti ötən həftə aparılan araşdırma zamanı əməkdaşların pulsuz yemək sistemindən sui-istifadə etdiklərini aşkar etdikdən sonra onları işdən çıxarıb.

İşdən çıxarılan işçilər arasında ildə 400 min dollar qazanan adı açıqlanmayan bir işçi də var və o, yemək kuponlarından diş pastası və çay kimi məişət əşyaları və ərzaq məhsulları almaq üçün istifadə etdiyini bildirib.

“The Guardian” yazır ki, yalnız qaydaları ara-sıra pozan əməkdaşlar töhmət alıb işdə qala biliblər.

Pulsuz yemək çoxdandır böyük texnologiya şirkətlərində işləməyin üstünlüklərindən biri olub. “Meta” şirkəti adətən böyük ofislərindəki kafeteryalarda işçilərə pulsuz yemək verir. Kiçik ofis işçilərinə isə çatdırılma xidmətləri vasitəsilə yemək sifariş etmək üçün gündəlik kuponlar verilir.

Paylaş:
Baxılıb: 132 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Qalibiyyət sevinci

05 Noyabr 17:22

YAP xəbərləri

Mədəniyyət

Uğura gedən yol

05 Noyabr 14:10  

İqtisadiyyat

Siyasət

10-cu görüş...

05 Noyabr 09:23

Sosial

İqtisadiyyat

Dünya

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30