İran İsrailə hücum edəcəkmi?
05.11.2024 [08:59]
Yaxın Şərqdə eskalasiyanın böyümə ehtimalı güclənir
Yaxın Şərqdə sabitliyin bərpa ediləcəyinə ümid boşa çıxmaqdadır. Oktyabrın 1-də SEPAH-ın İsrailə qarşı keçirdiyi “Doğru Vəd-2” adlı əməliyyata qarşı tərəfin oktyabrın 26-da raket atəşi ilə “cavab verməsi” deyilənləri təsdiqləyir. Xatırladaq ki, oktyabrın 26-da İsrail hərbçiləri İranın bəzi hərbi obyektlərinə zərbələr endirmişdi. Bu barədə məlumat yayan İsrail Müdafiə Qüvvələrinin “Telegram” kanalı hücumun nüvə və neft obyektlərinə istiqamətlənmədiyini, hərbi hədəflərlə məhdudlaşdığını bildirmişdi.
Hücum İraqdan olacaq...
İran isə bu dəfə hücum “növbəsinin” onda olduğunu bəyan edir. “The New York Times” qəzetinin yaydığı məlumata görə, İranın ali dini lideri Ayətullah Əli Xamenei oktyabrın 26-na keçən gecə İsrailin hərbi obyektlərə endirdiyi zərbəyə cavab olaraq İsrailə hücuma hazırlıq barədə göstəriş verib. Bu məlumatın qəzetə İrandan olan üç mənbə tərəfindən verildiyi iddia olunur. Bildirilir ki, qərar İranın təhlükəsizlik rəsmilərinin Xameneyini İsrailin vurduğu ziyanla bağlı məlumatlandırmasından sonra verilib. Mənbələr bildiriblər ki, Xameneyi zərərin qisas tələb etdiyini və cavab verməməyin İranın zəifliyinin əlaməti kimi qiymətləndiriləcəyini deyib. Məlumata görə, hücum ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra, yəni noyabrın 5-də baş tutacaq. İranlı mənbələr tarixin prezident seçkilərindən sonraya “salınmasını” prezidentliyə namizədlərdən birinə dəstək kimi anlaşılmaması ilə əlaqələndiriblər. Qeyd edək ki, İsrail təhlükəsizlik xidmətinin məlumatına görə, İran özünü İsrailin cavab zərbəsindən qorumaq üçün hücumu İraq ərazisindən reallaşdıracaq.
Bununla bağlı “Axios” da məlumat yayıb. İsrail mənbələrinə istinadən xəbər verilir ki, İran yaxın günlərdə İraqdan İsrailə geniş miqyaslı hücum təşkil etməyi planlaşdırır. “İsrail kəşfiyyatı hücumun İraqdan çoxlu sayda pilotsuz uçuş aparatları və ballistik raketlərdən istifadə edilərək həyata keçiriləcəyini irəli sürür”, - mənbələr bildirib.
İran cavab hazırlayır...
İran rəsmiləri də hücumun gerçəkləşəcəyini istisna etmir. İranın dini lideri Ayətullah Əli Xameneyi deyib ki, İsrail İrana hücum edərək hesablamalarda səhvə yol verib. O, “X” sosial şəbəkəsində İsrailin vəziyyəti yanlış dəyərləndirdiyini və İran xalqının qüdrətini və qətiyyətini lazımınca qiymətləndirmədiyini yazıb.
İran İnqilabı Keşikçiləri Korpusunun komandanının müavini general Əli Fədəvi Livanın “Əl Mayadeen” televiziya kanalına müsahibəsində İranın cavabının qəti olacağını bildirib: “40 il ərzində heç bir hücumu cavabsız qoymamışıq. “Bizim onların əlində olan hər şeyi bir əməliyyatla məhv etmək gücümüz var”.
İran İnqilabı Keşikçiləri Korpusuna yaxın sayılan “Tasnim” xəbər agentliyi isə dini lider Əli Xameneyinin ofisinin rəhbəri Qulamhüseyn Məhəmmədi Qolpayeqaninin fikirlərini yayıb. Qolpayeqani bildirib ki, İran İsrailin “ümidsiz hücümu”na ağrılı cavab verəcək və hərəkətlərinə görə peşman edəcək.
İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Hüseyn Səlami də bu mövzuda çıxış edib. Onun sözlərinə görə, İsrail bir neçə raket atmaqla regionda qüvvələr balansını dəyişə biləcəyini düşünür, lakin İranın cavabı “bütün təsəvvürləri üstələyir”.
Beləliklə, verilən açıqlamaların hər biri İranın İsrailə qarşı hücum planlaşdırdığını deməyə əsas verir. Gün təyin olunmasa da, hücumun yaxın günlərdə baş vermə ehtimalı irəli sürülür.
BMT TŞ-də İran-İsrail müzakirəsi...
Oktyabrın 29-da isə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvaninin BMT-nin baş katibi Antonio Quterreşə və BMT Təhlükəsizlik Şurasının üzvlərinə göndərdiyi məktubdan sonra Rusiya, Əlcəzair və Çinin tələbi ilə TŞ-nin İsrail-İran məsələsinə həsr olunan toplantısı keçirilib. Əlcəzairin BMT-dəki Daimi Nümayəndəsi Amar Bendjama BMT Təhlükəsizlik Şurasının bir çox üzvünün Qəzzada baş verənlərin ümumən Yaxın Şərqə yayılma riskini önə sürdüyünü qeyd edib. “Təəssüf ki, bu risk artıq reallığa çevrilib. Biz gözlənilməz nəticələri olan regional münaqişə” təhlükəsi ilə qarşı-qarşıyayıq”, -deyə o bildirib. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia da İsrailin hücum edəcəyini gizlətmədiyini və bu səbəbdən gərginliyin artmasının gözlənildiyini bildirib. ABŞ və bəzi digər müttəfiqlərinin İsraili fikrindən daşındırmağa çalışmadıqlarını qeyd edən Nebenzia deyib ki, onlar İsrailə birbaşa və ya dolayı yolla bu hücumları həyata keçirməkdə haqlı olduğunu söyləyirlər. Nebenzia qeyd edib ki, bu ölkələr məsuliyyətsiz davranaraq Yaxın Şərqdə yeni zorakılıq spiralını işə salıb. ABŞ-ın İsrailə də kəşfiyyat dəstəyi verdiyini ifadə edən Nebenzia bunun beynəlxalq hüququ pozduğunu və uçurumun astanasında olan bölgədə daha çox qeyri-sabitliyə səbəb olduğunu bildirib.
Çinin BMT-dəki daimi nümayəndəsi Fu Konq da İsraili İranın suverenliyini və ərazi bütövlüyünü pozan hücumlardan əl çəkməyə çağırıb, Təl-Əvivin davranışları ilə artan gərginlikdən dərin narahatlıq keçirdiklərini bildirib və bütün tərəfləri sakitliyə çağırıb.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild isə iddia edib ki, beynəlxalq ictimaiyyət İranın aqressiv fəaliyyətinə və terror qruplarına” dəstəyinə qarşı mövqe nümayiş etdirməlidir. O bildirib ki, İsrailin özünümüdafiə hüququ mövcuddur və oktyabın 26-da məhz bu hüquqdan istifadə olunub. Qrinfild bunu hücum zamanı hərbi obyektlərin hədəfə alınması, heç bir mülki insanın ölümünə səbəb olmaması ilə əlaqələndirib. O, ABŞ-ın hər zaman İsraili dəstəkləyəcəyini deyib.
İranın BMT-dəki daimi nümayəndəsi İrəvani isə İsrailin İranın suverenliyinə və ərazi bütövlüyünə hədəflənmiş hücum həyata keçirdiyini, beləliklə də beynəlxalq hüququ və BMT Nizamnaməsini pozduğunu bildirib. İrəvani İsrailin təcavüzünü ən kəskin şəkildə pislədiklərini və ABŞ-ın dəstəyi ilə Təl-Əvivin beynəlxalq sülh və təhlükəsizliyi pozduğunu bildirib. BMT TŞ-nin İsraili şiddətlə qınamalı və qətiyyətli addım atmalı olduğunu əsas gətirən İrəvani bəzi ölkələrin İsraili qınamaqdan çəkindiyini qeyd edib.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06

