/ / Stokholmda 50-yə yaxın uşaq bağçası narkotik vasitələrin dövriyyəsi açıq olan ərazilərdə yerləşir
Stokholmda 50-yə yaxın uşaq bağçası narkotik vasitələrin dövriyyəsi açıq olan ərazilərdə yerləşir
10.11.2024 [18:58]
Stokholmda 48 uşaq bağçası narkotik alverinin açıq şəkildə baş verdiyi ərazilərdə yerləşir.
AZƏRTAC xəbər verir ki, hər gün 2200-ə yaxın uşaq narkomaniyanın və kriminal münaqişələrin müxtəlif təzahürləri ilə üzləşmək riskinə məruz qalır.
Ən böyük risklər narkotiklərin qanunsuz dövriyyəsinin cinayətkar dəstələrin fəaliyyəti ilə sıx bağlı olduğu Şerholmen bölgəsində müşahidə olunur. Uşaq bağçasının işçiləri və rəhbərləri mümkün zorakılıq hadisələrindən yayınmaq üçün mütəmadi olaraq əlavə təhlükəsizlik tədbirləri görürlər.
Stokholmun narkomanlara yardım göstərilən mərkəzlərin yerləşdiyi hissəsində uşaqlar narkotik təsiri altında olan insanlarla və istifadə edilmiş iynələrlə qarşılaşırlar. Bu ərazilərdə bağçalar açılmazdan əvvəl ərazilərin təmizlənməsi məcburi prosedura çevrilib və tərbiyəçilər uşaqların təhlükəsizliyini təmin etmək üçün əlavə yoxlamalar aparırlar.
Bu yaxınlarda Stokholmda “Açıq narkotik zonaları” mövzusunda dissertasiya müdafiə edən keçmiş polis əməkdaşı Mia-Mariya Magnusson qeyd edir ki, belə ərazilərdə böyüyən uşaqlar, əsasən cinayətin və zorakılığın mövcudluğunu normal qəbul edirlər. Bu, onların dünyanı qavramasına və gələcəkdə zorakılığa qarşı dözümlülük səviyyəsinə mənfi təsir göstərə bilər.
Bu ilin yazında Şerholmendəki uşaq bağçalarından birinin yaxınlığında uşaqlar içəridə olarkən atışma baş verib. Hadisə nəticəsində bağça rəhbərliyi uşaqları və işçiləri binanın içərisinə kilidləyərək təhlükəsizlik tədbirləri görməyə məcbur olub. O vaxtdan bəri ərazidəki bir neçə uşaq bağçası xarici risklərin olduğu dövrlərdə uşaqların bayırda olmasını məhdudlaşdırıb.
Magnusson vurğulayır ki, artan təhlükəsizlik tədbirlərinə, polis, yanğınsöndürmə xidmətləri və bələdiyyələr ilə sıx əməkdaşlığa baxmayaraq, küçə cinayətkarlarının, narkomanların daimi mövcudluğu uşaqların uzunmüddətli perspektivdə inkişafına təsir edə biləcək şərait yaradır.
Xəbər lenti
Hamısına baxSosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52

