Cənubi Koreyada 45 ildən sonra...
05.12.2024 [08:51]
Prezidentin impiçmenti müzakirəyə çıxarılır
6 saatlıq hərbi vəziyyət siyasi gərginliklərə yol açacaqmı?
Qlobal gərginlik artıq Uzaq Şərqə də çatıb. Son günlərdə Cənubi Koreyada baş verən hadisələr göstərir ki, 2024-cü ilin sonuna qədər bu regionda da hansısa “siyasi təlatümlər” gözlənilə bilər. Belə ki, Cənubi Koreya Prezidenti Yun Sok Yol müxalifəti qiyamın hazırlanmasına yönəlmiş antidövlət fəaliyyətində ittiham edərək dekabrın 3-də gecə saatlarında fövqəladə hərbi vəziyyət elan etmişdi. Buna müxalifət tərəfindən ciddi etiraz səsləndirildi və məsələ dekabrın 3-dən 4-nə keçən gecə ölkə parlamentində səsverməyə çıxarıldı. Nəticədə Prezident Yun Sok Yoldan hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul edilib. Cənubi Koreyanın konstitusiyasına əsasən əgər parlament çoxluğu tələb edirsə, hərbi vəziyyət ləğv olunmalıdır. Parlamentin qərarından sonra Prezident Yun Sok Yol kabinetin iclasını keçirib və hərbi vəziyyətin aradan qaldırılması barədə razılıq əldə olunub. Dövlət başçısı dekabrın 4-də yerli vaxtla səhər saat 4:30-da hərbi vəziyyətin ləğv olunduğunu elan edib. Hərbi vəziyyətlə əlaqədar küçələrə çıxarılmış ordu isə geri çəkilib. Beləliklə, Cənubi Koreyada təxminən 6 saat davam edən hərbi vəziyyət rejimi başa çatıb. Xatırladaq ki, Cənubi Koreyada 45 ildir hərbi vəziyyət tətbiq edilmir. Prezident Yun Sok Yol hərbi vəziyyətlə bağlı qərarını məhz “Şimali Koreyayönlü qüvvələrlə” mübarizə aparmaq ilə əlaqələndirmişdi.
İmpiçment səsə qoyulacaq...
Hərbi vəziyyət aradan qaldırılsa da, siyasi gərginlik aradan qalxmayıb. Müxalifət baş verənlərin Cənubi Koreya üçün mənfi nəticələri haqda fikir bildirib. Onlar iddia edirlər ki, baş verənlər, xüsusilə hərbi vəziyyət Şimali Koreyanı təhrik edə bilər. Toburo Demokratik Partiyasının sədri Li Jae-myung deyib ki, Koreya Respublikasında hərbi vəziyyətin tətbiqi və ləğvi ilə bağlı vəziyyət KXDR-i “təhrik edə” və Koreya yarımadasında silahlı toqquşmalara səbəb ola bilər. “Toburo” ölkədə hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar prezident Yun Sok Yol və müdafiə naziri Kim Yong-hyunu dövlətə xəyanətdə ittiham etməyi planlaşdırır. Qeyd olunur ki, partiya müvafiq məsələ üzərində işləmək niyyətindədir.
Eyni zamanda, müxalifət partiyaları prezidentin impiçmenti barədə təklif təqdim etmək barədə razılıq əldə ediblər. Normalara uyğun olaraq təklif üzrə səsvermə 24-72 saat ərzində aparılmalıdır. Bu o deməkdir ki, səsvermə dekabrın 6 və ya 7-də keçiriləcək.
Koreya Respublikası Nazirlər Kabinetinin bütün üzvləri baş nazirə altı saatdan az davam edən hərbi vəziyyətin tətbiqindən və ləğvindən sonra istefa vermək niyyətlərini bildiriblər. Bu barədə “Çosun İlbo” qəzeti məlumat yayıb. Baş nazirin ofisi təsdiqləyib ki, Nazirlər Kabineti tam halda istefa vermək istəyini ifadə edib.
Prezident administrasiyasının rəhbərliyi isə ölkədə hərbi vəziyyətin tətbiqi və ləğvi ilə bağlı vəziyyət fonunda istefa verib. “Prezidentin baş katibi də daxil olmaqla, prezident aparatının yüksək vəzifəli şəxsləri istefalarını kollektiv şəkildə elan ediblər”, - məlumatda deyilir.
Xarici səfərlər təxirə salınır, səfirliklər xəbərdarlıq edir...
Baş verənlər beynəlxalq aləmdə də fərqli assosiasiya yaradıb. Belə ki, Avstraliya səfirliyi Cənubi Koreyadakı vəziyyətlə əlaqədar vətəndaşların qəbulunu dayandırıb. Diplomatlar respublikadakı vətəndaşlarına da diqqətli olmağı və insanların sıx olduğu yerlərdən uzaq dayanmağı məsləhət görüb. Müvafiq elan Avstraliya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib. “Cənubi Koreyada vəziyyət daxili siyasi hadisələrə görə dəyişir, nəqliyyatda və digər əsas xidmətlərdə fasilələr ola bilər, xəbərləri izləyin və yerli hakimiyyət orqanlarının tövsiyələrinə əməl edin”, - deyə bəyanatda bildirilib. Seuldakı səfirlik açıq olsa da, şəxsi səfərlər və qəbul dayandırılıb.
Cənubi Koreya ilə dostluq əlaqələrini inkişaf etdirmək üçün partiyalararası deputatlar qrupuna rəhbərlik edən Yaponiyanın keçmiş baş naziri Yoşihide Suqa bu ölkəyə səfərini ölkədə hərbi vəziyyətin tətbiqi və sonradan ləğvindən sonra yaranmış vəziyyətlə əlaqədar ləğv edib. Bu barədə “Kyodo” agentliyi məlumat yayıb. Qeyd edək ki, səfər dekabrın ortalarına planlaşdırılıb. Suqa Cənubi Koreyanı “iqtisadi və təhlükəsizlik baxımından son dərəcə vacib qonşu” adlandırıb. “Kyodo” mənbələrinin məlumatına görə, Cənubi Koreyadakı vəziyyət Yaponiyanın hazırki baş naziri Şiqeru İşibanın 2025-ci ilin yanvarına planlaşdırılan səfərinə də təsir edə bilər.
ABŞ-ın Seuldakı səfirliyi də konsulluq xidmətlərini dayandırıb. Bu barədə diplomatik nümayəndəliyin bildirişində bildirilib: “Prezidentin hərbi vəziyyətin ləğvi barədə bəyanatından sonra vəziyyət qeyri-sabit olaraq qalır”. Bildirişdə o da vurğulanıb ki, səfirlik vətəndaşları izdihamlı yerlərdən və nümayişlərdən çəkinməyə çağırıb. Xəbərdarlıq edib ki, hətta dinc toplanışlar belə qarşıdurmaya çevrilə, zorakı münaqişəyə səbəb olmaq ehtimalı daşıyır. Baş verənlərlə əlaqədar səfirlik Amerika vətəndaşlarının konsulluq məsələləri ilə bağlı, həmçinin viza müraciətlərinin qəbulunu ləğv edir. Diplomatik nümayəndəlik əməkdaşlarının onlayn fəaliyyət göstərilməsinə, övladlarının məktəbə göndərilməməsinə çağırış edilib.
İsveçin baş naziri Ulf Kristersson da Koreya Respublikasına səfərini təxirə salıb. İsveç hökumətinin başçısının səfəri dekabrın 5-nə planlaşdırılmışdı.
Dekabrın 2-dən Koreya Respublikasında səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarovun təhlükəsizliyi ilə bağlı heç bir təhdid yoxdur. Bunu, Qırğızıstanın müvafiq strukturları bəyan edib.
Baş qərargah rəisi elan etdi...
Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin (KNSH) rəhbəri Kim Myung-soo isə KXDR-in gözlənilən hər hansı müdaxilə cəhdinin qarşısını almaq üçün tam hazır vəziyyətdə gözləməyin vacibliyini bəyan edib. Bu barədə Yonhap agentliyi məlumat yayıb. “Hərbçilərin əsas prioriteti vətəndaşların müdafiəsi və təhlükəsizliyidir, Şimali Koreyanın “səhvlərə” yol verməməsi üçün yüksək hazırlıq saxlanılmalıdır”, - deyə Kim Myung-soo deyib. Komandirlərlə görüşdə o, həmçinin KXDR-ə qarşı nizam-intizam və sayıqlığın qorunub saxlanmasını əmr edib.
ABŞ bəyanat verdi...
ABŞ dövlət katibi Antoni Blinken Cənubi Koreyada hərbi vəziyyətin aradan qaldırılmasını yüksək qiymətləndirib. Qeyd edilib ki, Vaşinqton administrasiyası Cənubi Koreyada hərbi vəziyyətin ləğvini müsbət qiymətləndirir və ölkə hakimiyyətinin mübahisəli məsələləri sülh yolu ilə həll edəcəyini gözləyir. Blinkenin bəyanatında o da vurğulanır ki, Birləşmiş Ştatlar Koreya Respublikasında baş verən hadisələri diqqətlə izləyir: “Biz prezident Yun Sok Yolun yekdil rəydən sonra Koreya Respublikasının Konstitusiyasına əsasən hərbi vəziyyət elan etmək əmrini aradan qaldırmasını alqışlayırıq. Biz istənilən siyasi fikir ayrılığının sülh yolu ilə və qanunun aliliyinə uyğun həll ediləcəyini gözləyirik”.
SADİQ
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23

