Danışıqlar üçün ideal ölkə...
20.02.2025 [10:13]
Türkiyənin Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh prosesində rolu güclənir
Hazırda Ukrayna müharibəsi ilə əlaqədar beynəlxalq müstəvidə yeni vəziyyət yaranıb. ABŞ-ın yeni Prezidenti Donald Tramp və onun komandası müharibəni sonlandırmaq üçün fərqli təşəbbüslərlə çıxış edir. Artıq Tramp administrasiyası danışıqlara başlamaq üçün praktiki addımlar atmaqdadır. Belə bir şəraitdə isə Avropa İttifaqı oyundankənar vəziyyətdə qalmaq ehtimalından narahatdır.
Ərdoğan: Bizim sülh gündəliyimiz açıq və səmimi olub
Baş verən proseslərin fonunda müharibə tərəfləri Türkiyənin roluna hələ də ehtiyac duyur. Ukrayna Prezidentinin 17-18 fevral tarixlərində Türkiyəyə rəsmi səfəri də bunu təsdiqləyir. Səfər zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Zelenskinin görüşündə ikitərəfli münasibətlər və Rusiya-Ukrayna müharibəsi müzakirə mövzusu olub. İki ölkə liderinin iştirakı ilə media və təhsil sahələri də daxil olmaqla, bir sıra sazişlər imzalanıb.
Görüşün nəticələrinə dair keçirilən mətbuat konfransında Ərdoğan bildirib ki, Türkiyə Rusiya - Ukrayna və ABŞ-ın iştirakı ilə keçiriləcək potensial danışıqlar üçün ideal ölkədir. Onun sözlərinə görə, Rusiya - Ukrayna müharibəsi kütləvi dağıntılara səbəb olub. “Hərbi əməliyyatlara son qoyulmalıdır. Ankara qan tökülməsinin qarşısını almaq üçün bundan sonra da əlindən gələni etməyə hazırdır”, - deyən dövlət başçısı Türkiyənin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.
Türkiyə lideri əminliklə söyləyib ki, müharibənin davam etməsində qalib tərəf olmayacağı kimi, sülh sazişinin bağlanmasında da məğlub tərəf olmayacaq: “Münaqişənin ilk günlərindən Türkiyə etibarlı vasitəçi olmağa çalışıb. Bizim sülh gündəliyimiz açıq və səmimi olub və olacaq. Buna görə də biz konkret nəticələr əldə etməyə çalışmışıq”. O, Ankaranın təşəbbüsü ilə 2022-ci ilin martında Kiyevlə Moskva arasında baş tutmuş birbaşa danışıqları və Qara dəniz taxıl təşəbbüsünü xatırladıb.
Ərdoğan Trampın Ukrayna ilə bağlı təşəbbüslərini də şərh edib. “Ağ Ev rəhbərinin diplomatik kursu son illərdə Ankaranın nümayiş etdirdiyi sülh mövqeyi ilə üst-üstə düşür. Danışıqlar prosesinin tezliklə və uzunmüddətli sülhlə başa çatması üçün bütün zəruri addımları atmağa hazırıq. Bütün dünya Ukraynada sülhün bərqərar olmasını gözləyir”, - deyə Türkiyə lideri bildirib.
Zelenski: Türkiyənin Ukraynanın ərazi bütövlüyünə dəstəyi Kiyev üçün çox vacibdir
Öz növbəsində Ukrayna Prezidenti münaqişənin güc yolu ilə həlli variantını istisna edib. “Silahlı əməliyyatlar Moskvanı istədiyi nəticəyə çatdırmadı. Biz Rusiya ordusundan qorxmuruq. Amma yeni itkilərə səbəb olmamaq üçün təhlükəsizlik zəmanəti şərtdir. ABŞ bizə lazım olan dəstəyi vermir. Bəzi Qərb ölkələri bizim NATO-ya üzvlüyümüzü dəstəkləmir. Ədalətli nizamlanmaya hədəflənmiş diplomatik proses zəruridir”, - deyə o bildirib və uzunmüddətli sülh yolunda heç bir səhvə yol verməməyə çağırış edib. Moskva və Vaşinqton arasında Ukrayna ilə bağlı aparılan dialoqa toxunan Zelenski qeyd edib ki, Kiyev bu danışıqlara dəvət olunmayıb. “Bu, bir çoxları kimi bizim üçün də sürpriz oldu. Görüş haqqında məlumatı mediadan öyrəndik”, - deyə o söyləyib.
Zelenskinin sözlərinə görə, Ukraynada müharibənin dayandırılması üzrə danışıqlarda ABŞ-la yanaşı, bütün maraqlı ölkələr də iştirak etməlidir. “Əgər danışıqlar masasında Ukrayna, ABŞ və Avropa olarsa, bizə verilən zəmanətlər bütün ölkələrin iştirakı ilə təmin ediləcək. Biz Kiyevin arxasında qəbul edilən qərarlara qarşıyıq”, - deyə Zelenski vurğulayıb. Onun sözlərinə görə, Türkiyənin Ukraynanın ərazi bütövlüyünə dəstəyi Kiyev üçün çox vacibdir.
Qeyd edək ki, Zelenski ilə görüşdən sonra Ərdoğanın NATO Baş katibi Mark Rutte ilə telefon danışığı olub. O, telefon söhbətində deyib ki, Rusiya-Ukrayna müharibəsində daimi atəşkəsin təmin olunması mümkündür. Ərdoğan, bir çox aktorlar və beynəlxalq təşkilatlarla bu mövzu ətrafında təmasda olduğunu söyləyib. Türkiyə Prezidenti Ukrayna ilə Rusiya arasında müharibənin sona çatması üçün əlindən gələni etdiyini diqqətə çatdırıb.
Hakan Fidan: Hər şeydən əvvəl atəşkəsi təmin etməliyik
Göründüyü kimi, Türkiyə Ukrayna böhranının həlli üçün fəal diplomatiya yürüdür. Yeri gəlmişkən, Türkiyənin xarici işlər naziri Hakan Fidan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “TRT World” telekanalına müsahibəsində demişdi ki, Türkiyə, ABŞ və Avropa ölkələri Ukraynadakı münaqişəni dayandırmaq və sülhə nail olmaq üçün planın müxtəlif aspektləri üzərində işləyir: “Amma hər şeydən əvvəl atəşkəsi təmin etməliyik. Bizə işlək və uzunmüddətli sülh planı lazımdır”.
“İstanbul prinsipləri” hələ də aktualdır
Qeyd etdiyimiz kimi, Türkiyənin təşəbbüslərinə müharibənin tərəfi olan hər iki ölkə etimad göstərir. Qardaş Türkiyə iki ölkə arasında müharibənin bitməsi üçün heç bir maraq güdmədən, səmimi olaraq çalışır.
Xatırladaq ki, 2022-ci ildə uzun müzakirələrdən sonra taxıl sazişi üzrə iyulun 13-də İstanbulda Türkiyə, Ukrayna, Rusiya və BMT nümayəndələrindən ibarət dördtərəfli görüş keçirilmişdi. Bu görüşün nəticəsi olaraq həmin il iyulun 22-də həmin məkanda taxıl ixracına dair saziş imzalandı. Sazişə uyğun olaraq, İstanbulda Rusiya və Ukrayna, BMT və Türkiyə nümayəndələrindən ibarət Birgə Koordinasiya Mərkəzi yaradılmışdı. “Taxıl və ərzaq mallarının Ukrayna limanlarından təhlükəsiz daşınması təşəbbüsü” razılaşmasına əsasən, müxtəlif ölkələrə on milyonlarla ton Ukrayna taxılı daşındı. Saziş Türkiyənin fəal diplomatiyası nəticəsində bir neçə dəfə uzadıldı. Lakin Qərb dövlətlərinin öz vədlərini yerinə yetirməməsi səbəbindən Rusiya 2023-cü ilin iyulundan sonra taxıl sazişinin uzadılmasından imtina etdi.
Zelenskinin Türkiyəyə son səfəri isə rəsmi Ankaranın prosesdə fəal iştirakını bir daha təsdiqləyir. Bu, o deməkdir ki, həm müharibə aparan tərəflər, həm də vasitəçilik edən ölkələr Türkiyənin regionda gücünü anlayır və Ankaranın sülh prosesində iştirakını həlledici amillərdən biri kimi qəbul edirlər.
N. BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55

