ABŞ BMT-nin Ukrayna ilə bağlı qətnamə layihəsini dəstəkləməyib
22.02.2025 [11:18]
Vaşinqton G7 qrupunun bəyanatında Rusiyanın “təcavüzkar” adlandırılmasına da qarşı çıxıb
Rusiya-Ukrayna müharibəsi başlayandan ABŞ ilk dəfə olaraq BMT Baş Assambleyasının Ukrayna ilə bağlı qətnamə layihəsinin həmmüəllifi qismində çıxış etməyib. Sənədin müəllifləri arasında Böyük Britaniya, Fransa, Almaniya, Kanada, İsveçrə, Polşa və Baltikyanı ölkələr yer alır, lakin ABŞ bu siyahıya daxil olmayıb. Fevralın 24-ü üçün hazırlanan qətnamə layihəsində Rusiyanın Ukrayna ərazisindən qoşunlarını dərhal, tam və qeyd-şərtsiz çıxarması tələb olunur. Lakin ABŞ həmmüəlliflər sırasında olmamaqla BMT-nin Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə layihəsini dəstəkləməkdən imtina edib. “Reuters”ə diplomatik mənbələrdən verilən məlumata görə, bu addım Ukraynanın dövlət başçısı Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında artan fikir ayrılığını əks etdirir. BMT Baş Assambleyasının qətnamə layihəsində Rusiyanın təcavüzü pislənir və “Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə” sadiqliyi bir daha təsdiqlənir. “Əvvəlki illərdə Birləşmiş Ştatlar Ukraynada ədalətli sülhün bərqərar olması üçün ardıcıl olaraq bu cür qətnamələri dəstəkləyib”, - nəşrin mənbələri bildirib. Məlumata görə, qətnaməni 50-dən çox ölkə dəstəkləyib. Bunların hansı dövlətlər olduğu barədə hələ ki, məlumat verilməyib.
Ukrayna mövzusunda rəsmi Vaşinqtonun addımları bununla da bitməyib. Belə ki, ABŞ G7 qrupunun bəyanatında Rusiyanın “təcavüzkar” adlandırılmasına da qarşı çıxıb. Bu barədə “The New York Times” nəşri məlumat yayıb. Vaşinqtonun bu addımı ABŞ Prezidenti Donald Trampın bu həftənin əvvəlində Rusiya ilə müharibəyə başlayan ölkənin Ukrayna olduğunu bəyan etməsindən sonra atılıb.
G7-nin yüksəkrütbəli rəsmisi Kanadanın Ukraynaya dəstək bəyanatının ilk layihəsini digər altı üzv dövlətə yaydığını bildirib. Ottava G7-yə sədrlik etdiyi üçün layihənin hazırlanmasına liderlik edib. Öz növbəsində, ABŞ tərəfi bu həftə ilk layihəni nəzərdən keçirib və Ukraynanın lehinə olan bütün istinadları çıxarıb. Nəticədə sənəd layihəsində münaqişədə təcavüzkar kimi Rusiya və ya işğalın qurbanı kimi Ukrayna qeyd olunmayıb, Vaşinqton bu məsələdə bitərəf olub.
Hazırda “Rusiyanın Ukraynaya təcavüzü ilə başlayan dağıdıcı müharibəni” təsvir edən, lakin 2022-ci ildən bəri G7-nin bəyanatlarında yer alan “Rusiyanın təcavüzü” və ya “təcavüzkarlar” sözlərindən istifadə olunmayan layihədə diplomatlar dil üzərində işləməyə davam edir. Adının açıqlanmasını istəməyən G7-nin rəsmisi bildirib ki, mətnin hazırlanması və müzakirəsi bazar ertəsi gününə qədər davam edə bilər.
“Reuters”in məlumatına görə, Birləşmiş Ştatların, həmçinin BMT Baş Assambleyasının Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən və Rusiyanın təcavüzünü pisləyən qətnamə layihəsinin birgə müəllifliyindən imtina etməsi də Vaşinqtonun prosesə yeni yanaşması ilə əlaqədardır. Hazırkı layihədə etibarlı təhlükəsizlik təminatlarının və Ukraynanın Avropa İttifaqına inteqrasiyasının “gələcək təcavüzün qarşısını alacaq davamlı sülhün təmin edilməsi üçün həlledici əhəmiyyətə malik olacağı” ifadəsi yer alır.
G7 ölkələri arasında danışıqlar davam edir və yekun mətn hələ müəyyən edilməyib. Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmerin Donald Trampla görüşmək üçün gələn həftə Vaşinqtona səfər edəcəyi bildirilirdi. Onların Trampı öz mövqeyindən daşındıra biləcəyi isə real görünmür.
N. BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38

