Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Gürcüstan Prezidenti ilə Türkiyənin səfiri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Gürcüstan Prezidenti ilə Türkiyənin səfiri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

01.05.2025 [21:13]

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Türkiyə Respublikasının bu ölkədəki səfiri Ali Kaan Orbay ilə görüşüb.

AZƏRTAC Gürcüstan Prezidenti Administrasiyasına istinadla xəbər verir ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın və ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Cənubi Qafqazda cərəyan edən proseslərdə, həmçinin regionda sabitliyin və sülhün təşviqində Gürcüstan və Türkiyənin roluna diqqət yetirilib. Eyni zamanda, strateji əməkdaşlıq çərçivəsində ikitərəfli və çoxtərəfli gündəliyin aktual məsələləri, o cümlədən iki ölkə arasında iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi perspektivləri nəzərdən keçirilib. İki ölkənin tranzit-nəqliyyat potensialından tam istifadə olunmasının və bu sahədə əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.

Prezident Mixeil Kavelaşvili Türkiyə tərəfinə Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə görə təşəkkür edib.

Paylaş:
Baxılıb: 139 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Sosial

Dünya

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31