/ / Malayziyanın Baş naziri həyat səviyyəsinin pisləşməsi probleminin həlli üzrə tədbirləri açıqlayıb
Malayziyanın Baş naziri həyat səviyyəsinin pisləşməsi probleminin həlli üzrə tədbirləri açıqlayıb
23.07.2025 [23:20]
Çərşənbə günü, iyulun 23-də Malayziyanın Baş naziri Ənvər İbrahim bütün böyüklər üçün nağd pul yardımı və yanacaq qiymətlərinin aşağı salınması vədi də daxil olmaqla, həyat səviyyəsinin pisləşməsi ilə bağlı artan ictimai narahatlıqları aradan qaldırmaq üçün görüləcək yeni tədbirləri açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Baş nazirin televiziya ilə çıxışı şənbə günü Malayziyanın paytaxtı Kuala-Lumpurda planlaşdırılan etiraz aksiyası ərəfəsində səsləndirilib. “Reuters” agentliyinin yazdığına görə, polis şənbə günü müxalifət partiyalarının təşkil etdiyi etiraz aksiyasında 10-15 min nəfərin iştirak edəcəyini proqnozlaşdırıb.
Hökumət bu il gəlirləri və məhsuldarlığı artırmaq üçün minimum əməkhaqqının qaldırılması, iri istehlakçılar üçün elektrik enerjisi tariflərinin yüksəldilməsi, satış və xidmətlər vergisinin genişləndirilməsi daxil olmaqla bir sıra tədbirlər həyata keçirib. Baş nazir bu tədbirlərin daha çox böyük bizneslərə və varlı şəxslərə yönəldiyini deyib, lakin tənqidçilər daha yüksək xərclərin son nəticədə aşağı və orta gəlirlilər də daxil olmaqla istehlakçılara təsir edəcəyi ilə bağlı narahatlıq ifadə ediblər.
Çərşənbə günü Ənvər İbrahim 18 yaşdan yuxarı bütün malayziyalıların avqustun 31-dən etibarən ödəniləcək 100 RM (23,67 ABŞ dolları) məbləğində birdəfəlik nağd ödəniş alacağını bildirib.
O, ilk mərhələdə hökumətin bu il üçün 13 milyard RM-dən çox, 2025-ci ildə cəmi 15 milyard RM (3,55 milyard dollar) pul yardımı ayıracağını deyib.
Baş nazir hökumətin sentyabrın sonuna qədər geniş istifadə olunan RON-95 nəqliyyat benzininə ümumi subsidiyanı tənzimləmək üçün çoxdan gözlənilən planın təfərrüatlarını açıqlayacağını da bildirib. Subsidiya sisteminə dəyişikliklər həyata keçirildikdən sonra malayziyalılar üçün yanacağın bir litrinin qiyməti cari 2,05-dən 1,99 RM-ə düşəcək. Bununla belə, o, xarici vətəndaşların yanacağa görə subsidiyasız bazar qiymətini ödəməli olacağını əlavə edib.
“Fitch Ratings” beynəlxalq qrupunun rəhbəri Ketlin Çenin sözlərinə görə, Malayziyanın ümumi dövlət borcunun 2025-ci ildə ÜDM-in təxminən 76,5 faizi olmaqla yüksək səviyyədə qalacağı və ortamüddətli perspektivdə yalnız tədricən azalacağı proqnozlaşdırılır.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11

