Moldovada böhtan xarakterli qanunsuz nəşrlərin çap olunduğu gizli mətbəə aşkar edilib
25.09.2025 [14:45]
Moldovada hüquq-mühafizə orqanları qanunsuz xarakter daşıyan və təhrikedici ifadələr ehtiva edən materialların hazırlanması və yayılması ilə məşğul olan gizli mətbəəni aşkar edərək neytrallaşdırıblar. Mətbəə paytaxtdakı binalardan birində fəaliyyət göstərib və giriş-çıxışa nəzarət sistemləri ilə təchiz edilib.
AZƏRTAC MOLDPRES agentliyinə istinadla xəbər verir ki, Baş Polis Müfəttişliyi (BPM) gizli mətbəədə dövlət qurumlarını pisləyən ifadələr, dini ədavətin qızışdırılması, rumın və rus dillərində təbliğat aparmaqla ictimai rəyə təsir etmək cəhdləri olan materialların çap olunduğunu vurğulayır.
“Çap fəaliyyəti hər ikisi Oknitski rayonundan olan 36 və 48 yaşlı iki kişi tərəfindən həyata keçirilib. Onlar bildiriblər ki, qəzetlər ölkənin şimal bölgəsində paylanmalı idi. Prosesə isə Moldova Metropoliyası ilə əlaqəli olan və seçkiqabağı yarışda iştirak edən siyasi partiyanı dəstəkləyən ruhani lider rəhbərlik edirdi”, - deyə BPM bildirib.
Araşdırma zamanı 33 və 47 yaşlı daha iki kişi müəyyən edilib.
“Onlar nəşrlərdən birinin 18 min 800 nüsxədən çox tirajını Beltsıdakı anbarda saxlayıblar. Saxlanılan üç nəfərdən biri dindirilmə zamanı “Avrasiya” QHT-nin dəvəti ilə Rusiya Federasiyasında olduğunu etiraf edib”, - deyə BPM qeyd edib.
İş üzrə araşdırma aparılır.
Xatırladaq ki, sentyabrın 28-də Moldovada parlament seçkiləri keçiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

