Fransada sənaye böhranı dərinləşir
03.11.2025 [19:20]
Fransa Ümumi Əmək Konfederasiyasının (CGT) baş katibi Sofi Bine artan sosial planlar və 300 mindən çox iş yerinin təhlükədə olması barədə xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, Fransada sosial planların — yəni ixtisar və işdən çıxarma proqramlarının — sayı dramatik şəkildə artmaqdadır. Ölkənin ən böyük həmkarlar ittifaqlarından biri olan CGT-nin baş katibi Sofi Bine bu vəziyyəti kütləvi sənayesizləşmə kimi qiymətləndirib.
CGT-nin hesablamalarına görə, 2024-cü ilin iyun ayından bəri 444 sosial plan elan edilib, bunların 325-i sənaye müəssisələrinə aiddir. Bu proses nəticəsində 300 minə yaxın iş yeri risk altındadır: “Bu, buz dağının yalnız görünən hissəsidir. Rəqəmlər əsl miqyasın çox kiçik bir hissəsini əks etdirir”.
Fransa Statistika İnstitutu (Insee) tərəfindən yayılan məlumatlara görə, 2024-cü ilin üçüncü rübündə işsizlik səviyyəsi artıb.
“Rəqəmlər aydındır. Onları kiçiltməyə çalışmaq əbəsdir. İşsizlik bütün kateqoriyalarda artır və bu, artıq ilboyu davam edən bir tendensiyadır”, – deyə Sofi Bine RTL radiosuna müsahibəsində bildirib.
CGT lideri xüsusilə sənaye müəssisələrinin bağlanmasına diqqət çəkib. Onun sözlərinə görə, hazırda Fransada açılan hər yeni zavodun əvəzində iki zavod bağlanır. O, həmçinin prezident Emmanuel Makronun iqtisadi siyasətini kəskin tənqid edərək onun sosial fəlakətə və iqtisadi iflasa səbəb olduğunu bildirib. CGT hesab edir ki, hökumətin təklif yönümlü siyasəti – yəni şirkətlərə böyük maliyyə dəstəkləri vermə strategiyası – əks effekt verib: “211 milyard avro dövlət vəsaiti şirkətlərə heç bir şərt və qarşılıq olmadan verilib. Nəticədə bizim sənayemiz çamadanlarını yığıb gedir”.
Sofi Bine bu gün sənaye naziri Sebastyan Martin ilə görüşəcəyini, iqtisadi və sənaye siyasətində kurs dəyişikliyi tələb edəcəyini deyib.
“Bizim ilk tələbimiz sadədir; iqtisadi siyasət dəyişməlidir. “Çek kitabı siyasəti” artıq davam edə bilməz. Dövlət dəstəyindən yararlanan şirkətlər işçiləri ixtisar etməməlidir”, – deyə CGT rəhbəri vurğulayıb.
Fransa hazırda sənaye strukturlarının zəifləməsi, işsizliyin artması və ictimai narazılığın yüksəlməsi ilə xarakterizə olunan bir mərhələdən keçir. CGT-nin xəbərdarlığı yalnız həmkarlar ittifaqı ritorikası deyil, həm də Avropada sənaye rəqabətinin zəifləməsi fonunda ciddi iqtisadi siqnaldır. Əgər hökumət yaxın aylarda şirkətlərə verilən dəstəyin şərtlərini sərtləşdirməsə, Fransa istehsal gücünün bir hissəsini itirə və sosial gərginliyin yeni dalğası ilə üzləşə bilər.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44

